İslandiya Baş nazirini qucaqlamaq istəyən Makron gülünc duruma düşdü - Foto

İslandiya Baş nazirini qucaqlamaq istəyən Makron gülünc duruma düşdü - Foto

Hazırda oxunan: İslandiya Baş nazirini qucaqlamaq istəyən Makron gülünc duruma düşdü - Foto
647552
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fransa Prezidenti Emmanuel Makron Dublində Avropa Siyasi Birliyinin sammitində gözlənilməz və gülünc vəziyyətlə üzləşib.

Bizim.Media “Daily Mail”ə istinadən xəbər verir ki, Makronun İslandiyanın Baş naziri Kristrun Frostadouttiri qucaqlamaq cəhdi gözlədiyi kimi nəticələnməyib.
 

Belə ki, Fransa Prezidenti gülümsəyərək islandiyalı həmkarına tərəf əyilib və onu qucaqlamaq istəyib. Lakin Frostadouttir bu jestə eyni şəkildə cavab verməyib və bir qədər geri çəkilib. Bununla belə, o, əlini Fransa Prezidentinin çiynində saxlayıb.


Xüsusilə İslandiya Baş nazirinin üz ifadəsi diqqət çəkib. Belə ki, yöndəmsiz yaxınlaşma zamanı o, baş verənləri lentə alan fotoqrafa tərəf baxıb. Onun narahatlıq keçirdiyi mimikasından aydın şəkildə görünüb.

Makron isə əksinə, özünü tamamilə rahat aparıb. O, gülümsəməyə davam edərək birbaşa Frostadouttirin gözlərinə baxıb.

Qeyd edək ki, fotolar noyabrın 12-də Dublində keçirilən Avropa Siyasi Birliyinin Zirvə toplantısı zamanı çəkilib. 

İslandiya Baş nazirini qucaqlamaq istəyən Makron gülünc duruma düşdü - Foto - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO