Azərbaycanda neçə qadın sahibkarlıqla məşğuldur? – Rəsmi açıqlama

Azərbaycanda neçə qadın sahibkarlıqla məşğuldur? – Rəsmi açıqlama

Hazırda oxunan: Azərbaycanda neçə qadın sahibkarlıqla məşğuldur? – Rəsmi açıqlama
647494
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Bu gün ölkədə fərdi sahibkar kimi qeydiyyatda olan qadınların sayı 363 mindən çoxdur. Təsisçisi qadın olan kommersiya hüquqi şəxslərin sayı 34 mindən çoxdur, rəhbəri qadın olan kommersiya qurumlarının sayı isə 30 minə yaxındır”.

Bizim.Media xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
 

O bildirib ki, Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən bu ilin 10 ayında 500-ə yaxın qadın sahibkarın investisiya layihələrinin maliyyələşdirilməsinə 22 milyon manatdan çox güzəştli kredit verilib:


"Vəsaitlər kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, sənaye məhsullarının istehsalı, akvakultura, turizm və xidmət sahələrindəki layihələrə yönəldilib.

Qadın sahibkarlar ənənəvi xidmətlərlə yanaşı, istehsal və emal sahələrinə, əlavə dəyər yaradan fəaliyyətə daha çox maraq göstərirlər. Bu layihələrin əhəmiyyətli hissəsinin regionlarda reallaşması yerli məşğulluğa və regionların iqtisadi canlanmasına töhfə verir".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO