Onlarla insanın həyatını xilas edən cihaz – İş yerlərində məcburi olacaq?

Onlarla insanın həyatını xilas edən cihaz – İş yerlərində məcburi olacaq?

Hazırda oxunan: Onlarla insanın həyatını xilas edən cihaz – İş yerlərində məcburi olacaq?
647534
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Hər birimizin rastlaşdığı belə vəziyyət olub: iş gününün ortasında əməkdaşlardan birinin qəfil halı pisləşir. Başgicəllənmə, halsızlıq, təzyiqin yüksəlməsi və ya aşağı düşməsi müşahidə ounur... Həmkarları kömək etmək istəyirlər, ancaq ofisdə təzyiq ölçən cihaz yoxdur. Başlayırlar otaq-otaq, qapı-qapı axtarmağa ki bəlkə kimdəsə şəxsi təzyiq aparatı ola...

Təəssüf ki, bu mənzərə Azərbaycanda bir çox iş yerində qarşılaşa biləcəyimiz problemdir. Halbuki söhbət böyük maliyyə vəsaiti tələb edən tibbi avadanlıqdan deyil, çox münasib qiymətə, istifadəsi sadə olan elektron təzyiq ölçən cihazdan gedir.

Bəs niyə iş yerlərində təzyiq ölçən cihazın olması məcburi tələb kimi müəyyən edilməsin?

Məsələn, Türkiyədə iş yerlərində qəfil ürək dayanması nəticəsində baş verən ölüm hallarının qarşısının alınması məqsədilə gələn ilin ilk ayından avtomatik defibrilyatorlarla (elektroşok aparatı) təmin olunması bu mövzunun əhəmiyyətini bir daha göstərir. Yəni qonşu ölkədə işçilərin hüquqları ilə yanaşı səhhəti bu dərəcədə qorunduğu halda bizdə heç adi təzyiq aparatı belə qoyulmur.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 222-ci maddəsinin 2 və 3-cü bəndinə görə, işəgötürən əmək şəraitinin yaxşılaşdırılmasına, əməyin mühafizəsinin təmin edilməsinə və işçilərin sağlamlığının qorunmasına yönəldilmiş perspektiv və illik tədbirlər planı hazırlayıb həyata keçirməlidir; işəgötürənlə işçilər arasında sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi üzrə qarşılıqlı öhdəliklər kollektiv müqavilədə, əmək müqaviləsində nəzərdə tutulur.

Müəssisələrdə sözügedən qanuna əməl olunurmu?

Ritorik sualdır: əməl edən müəssisələrin olması ilə bağlı optimist düşüncədəyik. Lakin etiraf edək ki, çoxu səhhətinə hədsiz diqqətlə yanaşan, çantasında “apteçka” gəzdirən əməkdaşa borcludur.

Azərbaycanda da əməyin mühafizəsi qaydalarına yenidən baxılaraq, müəssisə və təşkilatlarda işçilərin sayı və fəaliyyət xüsusiyyətləri nəzərə alınmaqla, ən azı bir elektron təzyiq ölçən cihazın təmin olunması məsələsi müzakirəyə çıxarıla bilər.

 

İşçilərin sağlamlığının qorunması, iş yerlərində qəfil səhhət pisləşmələrinin vaxtında qiymətləndirilməsi və ilkin tibbi yardımın təşkilinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə müvafiq dəyişikliklərin edilməsi vacibdir. Hər bir iş yerində ilkin tibbi yardım vasitələrinin, o cümlədən termometrin, təzyiq ölçən cihazın olması məcburi tələb kimi irəli sürülməlidir.


Təəssüf ki, millət vəkillərinin diqqətini bu məsələyə çəkə bilmədik, amma problem olduqca ciddidir. Arterial təzyiq ümumi sağlamlığından, yaşından asılı olmayaraq meteohəssas insanların əlverişsiz hava şəraitində “yaxalaya” bilər. Ona görə də hər bir qurum belə fors major vəziyyətə hazır olmalı, əcza qutusu və təzyiqölçən cihazı olmalıdır.  Çünki işçinin halı qəfil pisləşəndə təzyiq aparatının axtarılması həm vaxt itkisinə, həm də əlavə riskə səbəb olur. Burada məqsəd işəgötürənin tibbi xidmət göstərməsi deyil, işçinin vəziyyəti pisləşəndə zəruri vasitənin əlçatan olmasını təmin etməkdir.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO