Moskvada ukraynalı sabiq məmurun avtomobili partladıldı – Video

Moskvada ukraynalı sabiq məmurun avtomobili partladıldı – Video

Hazırda oxunan: Moskvada ukraynalı sabiq məmurun avtomobili partladıldı – Video
647510
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Moskvanın Çertanovo rayonunda hərəkətdə olan avtomobilin partlaması nəticəsində 72 yaşlı jurnalist Sergey Zavorotnı ağır xəsarət alıb. 

Bizim.Media xəbər verir ki, hadisə bu gün paytaxtın cənubunda, Kirovoqradskaya küçəsində baş verib.

Şahidlərin sözlərinə görə, “Toyota” markalı avtomobil hərəkətdə olarkən güclü partlayış baş verib. Partlayış dalğası sürücü Zavorotnını avtomobildən kənara atıb.

Məlum olub ki, avtomobil Ukraynada dövlət vəzifələrində çalışmış jurnalist Sergey Zavorotnıya məxsusdur. Rusiya mətbuatının məlumatına görə, o, Ukraynanın keçmiş Baş naziri Nikolay Azarovun müşaviri vəzifəsində çalışıb.
 

Zavorotnı beyin əzilməsi, sol qolunun çiyin səviyyəsində travmatik amputasiyası, qabırğalarının sınığı və sağ baldır sümüyünün açıq sınığı diaqnozları ilə xəstəxanaya yerləşdirilib.


İlkin məlumatlara görə, avtomobilin sürücü tərəfdəki alt hissəsinə maqnit vasitəsilə bərkidilmiş, tərkibində 300 qram trotil olan partlayıcı qurğu yerləşdirilib.

Faktla bağlı Rusiya İstintaq Komitəsi tərəfindən cinayət işi açılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO