Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı - Video

Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı - Video

Hazırda oxunan: Tovuzda yanacaqdoldurma məntəqəsi bağlandı - Video
647531
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Tovuzda təhlükəsizlik tələblərini pozmuş yanacaqdoldurma məntəqəsinin istismarı dayandırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
 

FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən Tovuz rayonunun Xatınlı kəndində fəaliyyət göstərən Səbuhi Ələkbər oğlu Ələkbərova məxsus yanacaqdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.


Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yaradan pozuntular aşkarlanıb.

Belə ki, yanacaqdoldurma məntəqəsində istismar olunan iki ədəd yanacaqsaxlama çəninin üzərində nəfəslik klapanlarının olmadığı, məntəqənin hüquqi şəxs kimi qeydiyyatdan keçməsini təsdiq edən şəhadətnamənin, fəaliyyət növünə uyğun lisenziyanın, yanacaqsaxlama çənlərinin texniki pasportlarının və çənlərin dərəcələnmə cədvəllərinin olmadığı, həmçinin məntəqədə fövqəladə və qəza hallarında təxliyənin təşkili üçün müvafiq qaydada razılaşdırılmış təxliyə planının hazırlanmadığı müəyyən edilib.

Bununla yanaşı, yanacaqdoldurma məntəqəsinin ərazisində ildırımdan qorunmaq üçün ildırımötürücü qurğunun quraşdırılmadığı aşkarlanıb.

Aşkar olunmuş pozuntuların dərhal aradan qaldırılmasının mümkün olmadığı, həmçinin insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, məntəqənin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.

Bununla yanaşı, texniki təhlükəsizliklə bağlı obyekt sahibi ilə profilaktik söhbət aparılıb, aşkarlanmış pozuntuların aradan qaldırılması üçün müvafiq tövsiyələr verilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO