Kristal və “Geberit”dən yeni əməkdaşlıq: Mənzillərin texniki təchizatında beynəlxalq həllər

Kristal və “Geberit”dən yeni əməkdaşlıq: Mənzillərin texniki təchizatında beynəlxalq həllər

Hazırda oxunan: Kristal və “Geberit”dən yeni əməkdaşlıq: Mənzillərin texniki təchizatında beynəlxalq həllər
647544
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kristal ilə İsveçrənin tanınmış sanitar-texniki sistemlər istehsalçısı “Geberit” arasında əməkdaşlıq memorandumu imzalanıb. Yeni tərəfdaşlıq çərçivəsində “Geberit”in mühəndislik və sanitar həllərinin Kristalın şəhər layihələrində tətbiqi nəzərdə tutulur.

Əməkdaşlığa əsasən, Kristalın şəhər layihələrindəki tam təmirli mənzillərdə “Geberit”in gizli unitaz çənləri, unitaz sistemləri, su axıtma düymələri, su və kanalizasiya boruları, eləcə də duş drenaj sistemlərindən istifadə olunacaq.

Kristal və “Geberit”dən yeni əməkdaşlıq: Mənzillərin texniki təchizatında beynəlxalq həllər - foto 1

Avropanın sanitar-texniki avadanlıqlar sahəsində tanınmış istehsalçılarından olan “Geberit” funksionallıq, müasir texnologiya və uzunmüddətli istismar prinsiplərinə əsaslanan həlləri ilə seçilir. Brendin məhsulları yaşayış məkanlarında həm estetik görünüşün, həm də mühəndislik sistemlərinin etibarlılığının təmin edilməsinə yönəlib.

Kristal və “Geberit”dən yeni əməkdaşlıq: Mənzillərin texniki təchizatında beynəlxalq həllər - foto 2

Kristalın yaşayış layihələrində təmir keyfiyyəti əsas prioritetlərdən biridir. Şirkət mənzillərin həm estetik görünüşünə, həm də uzunmüddətli istifadəsinə xüsusi diqqət yetirərək dünyanın tanınmış istehsalçılarının məhsullarına üstünlük verir. Bu istiqamətdə HARO, GEWISS, Prysmian Group, Zambaiti Parati, GROHE, Hansgrohe, Florim və Infinity kimi beynəlxalq brendlərlə əməkdaşlıq və onların məhsullarından istifadə mühüm yer tutur. “Geberit” ilə imzalanan yeni memorandum isə bu yanaşmanın davamı olaraq, Kristalın tam təmirli mənzillərində sanitar-texniki və mühəndislik sistemlərinin keyfiyyətinin daha da yüksəldilməsinə xidmət edəcək.

Kristal və “Geberit”dən yeni əməkdaşlıq: Mənzillərin texniki təchizatında beynəlxalq həllər - foto 3

Bu tərəfdaşlıq Kristalın şəhər layihələrində tam təmirli mənzillərin texniki təchizatının təkmilləşdirilməsinə və sakinlər üçün daha funksional, etibarlı yaşayış mühitinin formalaşdırılmasına xidmət edəcək.

Ətraflı: *1544

kristal.az

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO