Anar: “Dövlət Tərcümə Mərkəzinə ayrılan büdcə AYB-yə yönləndirilməlidir”

Anar: “Dövlət Tərcümə Mərkəzinə ayrılan büdcə AYB-yə yönləndirilməlidir”

Hazırda oxunan: Anar: “Dövlət Tərcümə Mərkəzinə ayrılan büdcə AYB-yə yönləndirilməlidir”
647546
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev Tərcümə Mərkəzinə ayrılan büdcənin yenidən quruma qaytarılmasını təklif edib.

Bizim.Media xəbər verir ki, o, bu barədə Milli Məclisin Mədəniyyət komitəsinin “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda keçirdiyi ictimai müzakirədə danışıb.
 

Anar Rzayev bildirib ki, vaxtilə Yazıçılar Birliyinin nəzdində fəaliyyət göstərən Tərcümə Mərkəzi Azərbaycan dilindən dünya dillərinə, eləcə də dünya dillərindən Azərbaycan dilinə əsərlərin tərcüməsi ilə məşğul olub, illik dərgi nəşr edib:


“Bu Tərcümə Mərkəzi çox vacib fəaliyyət göstərirdi. Əvvəlcə mərhum Aydın Məmmədov, daha sonra Afaq xanım (Afaq Məsud) onun rəhbəri olub. Bu iş gedirdi, amma sonradan mənə məlum olmayan səbəblərdən Tərcümə Mərkəzini bizdən aldılar və ayrıca bir qurum yaratdılar. Buna da sözüm yoxdur, ayrıca bir qurumun olması vacibdir. Tərcümə Mərkəzini biz saxladıq, birinci mərtəbəni icarəyə verməklə saxladıq. Heç birimiz orada restoran olmasını istəmirdik. Yazıçılar Birliyi hara, restoran hara. Amma məcbur idik. 

Təşkilat yarananda həmin mərkəzin fəaliyyəti üçün ayrılan büdcə də təşkilata verildi. Dəfələrlə müraciət etmişik ki, heç olmasa, həmin büdcəni bizə qaytarsınlar. Biz orada restoran açmaq istəmirik. Kitabxanamızı genişləndirmək, Ədəbiyyat Muzeyi yaratmaq, görüşlər və müxtəlif tədbirlər keçirmək istəyirik”.

Xalq yazıçısı qeyd edib ki, Azərbaycan ədəbiyyatının və mədəniyyətinin dünyada tanıdılması üçün tərcümə işi xüsusi əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, yalnız bir neçə tanınmış müəllifin deyil, digər Azərbaycan yazıçılarının da əsərləri xarici dillərə tərcümə olunmalıdır. Anar Rzayev musiqi, rəssamlıq və teatr sənəti haqqında kitabların da xarici dillərdə nəşr edilməsinin vacibliyini vurğulayıb.

O, Milli Məclisin sədr müavininə və deputatlara müraciət edərək, Tərcümə Mərkəzinin fəaliyyətinə ayrılmış büdcənin Yazıçılar Birliyinə qaytarılması məsələsində dəstək istəyib.

“Biz deyirik ki, bizi dünyada tanısınlar. Bəs tərcümə etməsək, necə tanınacağıq? Bütün Azərbaycan yazıçılarının əsərləri tərcümə olunmalıdır, mədəniyyətimiz dünyaya təqdim edilməlidir. Bu işləri görməyə hazırıq, kadrlarımız da var, imkanlarımız da. Amma maliyyə baxımından bizə dəstək olmalıdırlar”, – deyə o bildirib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO