
- A-
- A
- A+
Universitet müəllimlərinin əməkhaqları ilə bağlı yeni təklif gündəmdə
“Bəzi universitetlərdə müəllimlərin maaşı orta məktəb müəllimlərinin məvacibindən aşağıdır. Bu məsələyə baxılmasına ehtiyac var”.
Bizim.Media xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O, sertifikasiyadan keçən müəllimlərin əmək haqlarına artım faizlərinə yenidən baxılmasını təklif edib:
"Sertifikasiyadan keçən müəllimlərin maaşları arrtırılır. Bu, çox önəmli addımdır. Ancaq hesab edirəm 10 və 35 nisbətinə baxmalıyıq. Bu nisbətin ən azından 10, 25, 35 olmasını təklif edirəm. Sertifikasiya ümumilikdə uzun prosesdir və sertifikasiyadan keçməyən hələ xeyli müəllimlərimiz var. Onların maaşının az da olsa artırılması bu insanlara böyük dəstək olardı".
Deputat elm sahəsində, xüsusilə də Milli Elmlər Akademiyasında çalışanların maaşlarının az da olsa artırılmasına ehtiyac olduğunu vurğulayıb:
"Ən azından elmi dərəcələrə görə məbləğin artırılmasını təklif edirəm".
Günay Şahmar, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































