Usman Nurmaqomedov azadlıqdan məhrum edildi – Video

Usman Nurmaqomedov azadlıqdan məhrum edildi – Video

Hazırda oxunan: Usman Nurmaqomedov azadlıqdan məhrum edildi – Video
647561
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dağıstanlı MMA (qarışıq əlbəyaxa döyüş sənətləri) ustası, PFL çempionu Usman Nurmaqomedov Dubay otelində baş vermiş kütləvi dava ilə əlaqədar Birləşmiş Ərəb Əmirliklərində 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media xəbər verir ki, bu barədə TASS yerli hüquq mühafizə orqanlarından olan mənbəyə istinadən məlumat yayıb.

Xatırladaq ki, peşəkar döyüşçünün həbsinə səbəb olmuş insident noyabrın 11-də Əbu-Dabidə Yas adasındakı hotellərdən birinin foyesində baş verib.
 

Gürcüstanlı MMA döyüşçüsü Merab Dvalişvili müsahibə verdiyi zaman rusiyalı idmançı Usman Nurmaqomedov və onun ətrafındakı şəxslər ona yaxınlaşıb.


Sosial şəbəkələrdə yayılan görüntülərdə Nurmaqomedovun Dvalişviliyə sillə vurduğu, bundan sonra tərəflər arasında kütləvi davanın başladığı görünür. Əbu-Dabi polisi insidentlə əlaqədar davada iştirak edən 8 nəfərin, hadisəni lentə alan daha 2 nəfərin saxlanıldığını və onların Baş Prokurorluğa göndərildiyini açıqlayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO