NASA iş elanı verdi - Maaş 164 mindir

NASA iş elanı verdi - Maaş 164 mindir

Hazırda oxunan: NASA iş elanı verdi - Maaş 164 mindir
647478
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-nin Milli Aeronavtika və Kosmos Administrasiyası (NASA) kosmik tədqiqatlarda yeni mərhələyə hazırlaşarkən astronavt korpusunu genişləndirmək üçün rəsmi müraciətlərə start verib.

Bizim.Media xəbər verir ki, proqram çərçivəsində seçilən namizədlər “Artemis” layihəsinin bir hissəsi olaraq Ay səthində xidmət edə, gələcəkdə yaradılacaq Ay bazasında yaşaya və Marsa təşkil olunacaq uçuşların hazırlıqlarında yaxından iştirak edə biləcəklər.

NASA rəsmiləri tapşırıqların fərdi göstəricilərə və agentliyin ehtiyaclarına görə müəyyənləşdiriləcəyini vurğulayıblar.
 

NASA-nın rəsmi elanına əsasən, astronavt namizədlərinə illik 164 min 395 dollar (təxminən 279 min manat) məbləğində maaş ödəniləcək ki, bu da aylıq təxminən 13 min 700 dollara bərabərdir. Qəbul olunan şəxslər Texas ştatının Hyuston şəhərində yerləşən Conson Kosmik Mərkəzində kosmosda çıxışlar, robototexnika sistemləri və uçuş əməliyyatları üzrə intensiv iki illik hazırlıq proqramı keçəcəklər.


Proqrama yalnız ABŞ vətəndaşları müraciət edə bilər. Namizədlərdən mühəndislik, biologiya, fizika, kompüter elmləri və ya riyaziyyat sahəsində magistr dərəcəsi və müvafiq sahələrdə ən azı üçillik peşəkar iş təcrübəsi tələb olunur. Müraciətlər üçün son tarix 3 dekabr 2026-cı il olaraq müəyyən edilib. (qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO