Azərbaycanda qəzalı məktəblərin sayı açıqlandı

Azərbaycanda qəzalı məktəblərin sayı açıqlandı

Hazırda oxunan: Azərbaycanda qəzalı məktəblərin sayı açıqlandı
647500
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“2022-ci ildə mövcud infrastrukturu yararsız olan və ya qəzalı məktəblərin sayı 900-dürsə, bu gün bu rəqəm, təxminən 400 təşkil edir”.

Bizim.Media xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. 

O bildirib ki, 2020-ci illə müqayisədə peşə təhsilinə qəbul sayı iki dəfə artıb:

"Peşə təhsilinə qəbul 2020-ci ildəki 14,8 min nəfərdən bu il 28 min nəfərə yüksəlib. 78 min nəfər üçün ali təhsilə qəbul imkanı yaradılıb, 2022-ci ildə bu rəqəm 54 min nəfər idi. İndiyə qədər 97 mindən çox şəxs təhsil-tələbə kreditindən yararlanıb. Əgər 2020-ci ildə 36 uşağa bir kompüter düşürdüsə, bu gün bu 6 uşağa bir kompüter düşür".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO