
- A-
- A
- A+
Neft yenidən ucuzlaşdı
Dünya bazarında neft qiymətləri ardıcıl ikinci həftə ucuzlaşmağa doğru gedir. ABŞ-ın İrana qarşı blokadanı davam etdirmək niyyəti Yaxın Şərqdə genişmiqyaslı hərbi eskalasiya ehtimallarını azaldıb və enerji bazarlarında qiymətlərə təsir göstərib.
Bizim.Media xəbər verir ki, "Reuters"in noyabrın 13-də yaydığı məlumata görə, Brent markalı neftin bir barelinin qiyməti 95,41 dollar, ABŞ-ın WTI markalı neftinin qiyməti isə 88,52 dollar səviyyəsində olub.
Həftəlik göstəricilərə əsasən, Brent markalı neftin qiymətinin 2,4 faiz, WTI markalı neftin isə 2,5 faiz azalacağı gözlənilir.
Qeyd edək ki, əvvəlki həftə Brent markalı neft 16 faiz, WTI isə 13 faiz ucuzlaşmışdı.
Bununla belə, Yaxın Şərqdəki vəziyyət enerji bazarlarında qeyri-müəyyənliyi qoruyub saxlayır. Səudiyyə Ərəbistanının enerji infrastrukturuna husilərin hücumları və Fars körfəzindən neft daşıyan tankerlərə qarşı hücumlar təchizat risklərini artıran amillər kimi qiymətləndirilir.
ABŞ Prezidenti Donald Trampın İranla müharibənin başa çatdırılması üçün mütləq razılaşmaya ehtiyac olmadığını bildirməsi də bazarlarda müzakirə olunan məsələlərdəndir.
Analitiklər hesab edirlər ki, Yaxın Şərqdə hərbi və siyasi vəziyyət neft qiymətlərinin növbəti dinamikasına təsir göstərməkdə davam edəcək.
Neftin ucuzlaşması enerji ixracatçılarının gəlirləri, dövlət büdcələri və qlobal inflyasiya baxımından xüsusi əhəmiyyət daşıyır.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































