Xəzər mənzərəli irimiqyaslı “Caspi Yards” layihəsi və 44 mərtəbəli “Zəfər Qülləsi” təqdim olunub – FOTO/VİDEO

Xəzər mənzərəli irimiqyaslı “Caspi Yards” layihəsi və 44 mərtəbəli “Zəfər Qülləsi” təqdim olunub – FOTO/VİDEO

Hazırda oxunan: Xəzər mənzərəli irimiqyaslı “Caspi Yards” layihəsi və 44 mərtəbəli “Zəfər Qülləsi” təqdim olunub – FOTO/VİDEO
647526
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avant Group-un yeni çoxfunksiyalı “Caspi Yards” layihəsinin və onun diqqətçəkən memarlıq elementlərindən biri olan 44 mərtəbəli “Zəfər Qülləsi”nin təntənəli təqdimat mərasimi Marriott Boulevard Hotel-də keçirilib.

Tədbirdə layihənin konsepsiyası, memarlıq həlləri, əsas xüsusiyyətləri və gələcək inkişaf perspektivləri qonaqlara təqdim olunub.

13 hektarlıq ərazini əhatə edən “Caspi Yards” yeni inşa olunacaq metro stansiyasına birbaşa çıxış imkanı ilə müasir şəhər mühiti konsepsiyası əsasında formalaşdırılır. Layihə 11 yaşayış binasını və 2 biznes mərkəzini birləşdirəcək. Kompleksdə hospital, məktəb, ticarət mərkəzləri, istirahət və sağlamlıq mərkəzlərinin fəaliyyət göstərməsi nəzərdə tutulur. Beləliklə, yaşayış, iş, təhsil, səhiyyə, alış-veriş və istirahət imkanları vahid məkanda cəmləşəcək.

Bu yanaşma “şəhər içində şəhər” konsepsiyasının əsasını təşkil edir. Yeni metro stansiyasının ətrafında formalaşacaq yaşayış klasterləri və biznes məkanı nəqliyyat əlçatanlığını, rahat yaşayış mühitini və iş imkanlarını vahid şəhər mühitində birləşdirməyi hədəfləyir.

“Caspi Yards” konsepsiyasında ağıllı şəhər (Smart City) yanaşmasına da yer verilir. Layihədə binalar üçün ağıllı giriş və idarəetmə sistemlərinin, eləcə də ümumi məkanlarda insan axınının intellektual idarə olunmasına imkan verən rəqəmsal həllərin tətbiqi nəzərdə tutulur. Gələcəkdə bu sistemlərin süni intellekt əsaslı həllərlə genişləndirilməsi də planlaşdırılır. Bu yanaşma kompleksin idarə edilməsinin səmərəliliyini artırmağa, sakinlər və ziyarətçilər üçün rahat və müasir mühit yaratmağa xidmət edəcək.
 

Təqdimat mərasimində Avant Group-un təsisçisi və rəhbəri Əli Hüseynov layihənin yaradılması və inkişaf strategiyası barədə çıxış edib. O, “Caspi Yards”ın Bakının gələcək şəhərsalma mənzərəsinə verəcəyi töhfəni vurğulayaraq bildirib:


“İnanıram ki, bu layihə gözəl Bakımızın urbanistik simasına yeni nəfəs gətirəcək. Əzəmətli 44 mərtəbəli Zəfər Qülləsi Bakı buxtasının və 8 Noyabr prospektinin yeni rəmzinə çevriləcək”.

Xəzər dənizinə açılan panoramik mənzərəsi ilə seçilən “Zəfər Qülləsi” layihənin ən diqqətçəkən memarlıq elementlərindəndir.

Tədbir çərçivəsində maliyyə və sosial infrastruktur istiqamətlərində əməkdaşlıqların qurulması da diqqət mərkəzində olub. Avant Group ilə ABB arasında ipoteka tərəfdaşlığına dair memorandum imzalanıb. Layihənin gələcək rezidentləri üçün təhsil və sağlam həyat tərzi infrastrukturunun inkişafı məqsədilə Landau Educational Group və Push30 ilə də anlaşma memorandumları imzalanıb.

Təqdimat və imzalanma mərasimləri “Caspi Yards”ın müxtəlif şəhər funksiyalarını bir araya gətirən çoxfunksiyalı layihə olduğunu nümayiş etdirib. Müasir memarlığı yaşayış, biznes və sosial infrastrukturu ilə birləşdirən layihə Bakıda yeni şəhər mühitinin formalaşdırılmasına yönəlmiş növbəti təşəbbüsdür.

“Caspi Yards” layihəsi Avant Group və Moonwake Investment arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Layihənin ilk fazası üzrə mənzillərin satışına başlanılıb. Zəfər Günü münasibətilə ilk 44 mənzilin alışı zamanı məhdud müddət ərzində 8 faiz endirim təklif olunur.
 

Satış mərkəzi Afiyəddin Cəlilov küçəsi 23 ünvanında yerləşir. Layihə və mənzillər barədə ətraflı məlumatı satış mərkəzinə yaxınlaşaraq və ya *0044 nömrəsi ilə əlaqə saxlayaraq əldə etmək mümkündür.


Ətraflı məlumat: www.caspiyards.az

Əlaqə: *0044

Instagram:
//www.instagram.com/caspiyards/



Xəzər mənzərəli irimiqyaslı “Caspi Yards” layihəsi və 44 mərtəbəli “Zəfər Qülləsi” təqdim olunub – FOTO/VİDEO - foto 1
Xəzər mənzərəli irimiqyaslı “Caspi Yards” layihəsi və 44 mərtəbəli “Zəfər Qülləsi” təqdim olunub – FOTO/VİDEO - foto 2
Xəzər mənzərəli irimiqyaslı “Caspi Yards” layihəsi və 44 mərtəbəli “Zəfər Qülləsi” təqdim olunub – FOTO/VİDEO - foto 3
Xəzər mənzərəli irimiqyaslı “Caspi Yards” layihəsi və 44 mərtəbəli “Zəfər Qülləsi” təqdim olunub – FOTO/VİDEO - foto 4
Xəzər mənzərəli irimiqyaslı “Caspi Yards” layihəsi və 44 mərtəbəli “Zəfər Qülləsi” təqdim olunub – FOTO/VİDEO - foto 5
Xəzər mənzərəli irimiqyaslı “Caspi Yards” layihəsi və 44 mərtəbəli “Zəfər Qülləsi” təqdim olunub – FOTO/VİDEO - foto 6
Xəzər mənzərəli irimiqyaslı “Caspi Yards” layihəsi və 44 mərtəbəli “Zəfər Qülləsi” təqdim olunub – FOTO/VİDEO - foto 7
Xəzər mənzərəli irimiqyaslı “Caspi Yards” layihəsi və 44 mərtəbəli “Zəfər Qülləsi” təqdim olunub – FOTO/VİDEO - foto 8
Xəzər mənzərəli irimiqyaslı “Caspi Yards” layihəsi və 44 mərtəbəli “Zəfər Qülləsi” təqdim olunub – FOTO/VİDEO - foto 9
Xəzər mənzərəli irimiqyaslı “Caspi Yards” layihəsi və 44 mərtəbəli “Zəfər Qülləsi” təqdim olunub – FOTO/VİDEO - foto 10
Xəzər mənzərəli irimiqyaslı “Caspi Yards” layihəsi və 44 mərtəbəli “Zəfər Qülləsi” təqdim olunub – FOTO/VİDEO - foto 11
Xəzər mənzərəli irimiqyaslı “Caspi Yards” layihəsi və 44 mərtəbəli “Zəfər Qülləsi” təqdim olunub – FOTO/VİDEO - foto 12
Xəzər mənzərəli irimiqyaslı “Caspi Yards” layihəsi və 44 mərtəbəli “Zəfər Qülləsi” təqdim olunub – FOTO/VİDEO - foto 13

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO