
- A-
- A
- A+
Əhali 10 ayda ən çox nəyə pul xərcləyib? – İnfoqrafika
Bu ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 57 milyard 523,4 milyon manatlıq, o cümlədən 31 milyard 58,6 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 26 milyard 464,8 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,5 faiz, qeyri-ərzaq malları üzrə 6,6 faiz artıb.
Bu ilin ilk 10 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 49,9 faizi ərzaq məhsullarının, 4,1 faizi içkilər və tütün məmulatlarının, 14 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6 faizi avtomobil yanacağının, 5 faizi elektrik malları və mebellərin, 2,7 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,6 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 559,9 manatlıq, o cümlədən 302,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 257,6 manatlıq qeyri-ərzaq malları alıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































