Özəl bağçalarla bağlı yeni plan – 2030-cu ilə qədər...

Özəl bağçalarla bağlı yeni plan – 2030-cu ilə qədər...

Hazırda oxunan: Özəl bağçalarla bağlı yeni plan – 2030-cu ilə qədər...
647502
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Özəl bağçalara cəlb olunan uşaqların sayı 12 minə çatdırılacaq”.

Bizim.Media xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
 

Nazir müavini bildirib ki, dövlət-özəl tərəfdaşlığı çərçivəsində artıq 8 min uşaq məktəbəqədər təhsilə cəlb olunub.


"Bu modeldə xidməti özəl müəssisələr göstərir, dövlət isə hər bir uşaq üçün özəl məktəbəqədər təhsil müəssisəsindəki təhsil haqqının 70 faizini ödəyir. Hazırkı qiymətlərlə Bakıda aylıq 300-350 manatdan çox olmamaq şərtilə, regionlarda isə aylıq 250 manatdan çox olmamaq şərtilə ödəniş həyata keçirilir”.

Kənan Kərimzadə qeyd edib ki, 2027-ci ildə bu təşəbbüsün həyata keçirilməsi üçün 37,5 milyon manat vəsait nəzərdə tutulub. Bu vəsait hesabına 12 min uşağın özəl sektorun iştirakı ilə məktəbəqədər təhsilə cəlb edilməsi planlaşdırılır.

“2030-cu ilə qədər olan planımız 30 min uşağı əhatə etməkdir”.
 

Nazir müavini bildirib ki, islahat çərçivəsində ayrılan vəsaitlərin əhəmiyyətli hissəsinin dolayısı ilə yenidən dövlət büdcəsinə vəsait daxilolmaları şəklində qayıtması gözlənilir:


“Əgər bu islahatı biz tam olaraq yerinə yetirsək, 18 milyon manat Dövlət Sosial Müdafiə Fonduna, 12 milyon manat isə Dövlət Vergi Xidmətinə vergi gəlirləri olaraq qayıdacaq”.

O vurğulayıb ki, layihə minlərlə Azərbaycan qadınının məşğulluğa cəlb olunmasına, eyni zamanda 6 min vətəndaşın işlə təmin edilməsinə, sahibkarlığın və regionların inkişafına dəstək verəcək.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO