TikTok çəkilişi üçün qəfəsdən çıxarılan pələng 19 yaşlı gənci öldürdü

TikTok çəkilişi üçün qəfəsdən çıxarılan pələng 19 yaşlı gənci öldürdü

Hazırda oxunan: TikTok çəkilişi üçün qəfəsdən çıxarılan pələng 19 yaşlı gənci öldürdü
647560
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Pakistanın Lahor şəhərində sosial şəbəkə üçün video çəkilişi faciə ilə nəticələnib. TikTok videosu çəkmək məqsədilə qəfəsdən çıxarılan pələng 19 yaşlı Talhaya hücum edərək onu öldürüb. Dəhşətli hadisə gəncin atası və qardaşının gözü qarşısında baş verib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Lahor şəhərinin Kahna bölgəsində yerləşən vəhşi heyvanlar fermasında qeydə alınıb.
 

Məlumata görə, sosial media fenomeni Norman Hassan TikTok üçün video çəkmək məqsədilə fermada saxlanılan dişi pələngin qəfəsdən çıxarılmasını istəyib. Çəkiliş zamanı heyvan qəfil Talhaya hücum edib. Ağır yaralanan gənc xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.


Məlum olub ki, Talhanın atası və Haşim adlı qardaşı da həmin fermada çalışırmış. Onlar gəncin pələngin hücumuna məruz qaldığı anların şahidi olublar. Hadisədən sonra polis araşdırmalara başlayıb. Ferma sahibi saxlanılıb.

Hücum edən heyvan Vəhşi Təbiət Departamentinə təhvil verilib. Hazırda fermada pələng saxlanılması üçün müvafiq lisenziya və icazələrin olub-olmadığı da araşdırılır.

Lahor polisi hadisə ilə bağlı açıqlamasında sosial şəbəkələrdə izləyici toplamaq və əyləncə naminə insan həyatının təhlükəyə atılmasını pisləyib.

“TikTok həvəsi insan həyatından daha vacib ola bilməz. Heç kimin hobbi və ya əyləncə naminə insan həyatını təhlükəyə atmasına icazə verilə bilməz”, – deyə polis bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO