Arvadına xəyanət etməyən yeganə milyarder...

Arvadına xəyanət etməyən yeganə milyarder...

Hazırda oxunan: Arvadına xəyanət etməyən yeganə milyarder...
647530
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi “Nvidia” şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışan yüksəkvəzifəli qadınla münasibəti olduğu məlum olub. 

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, ABŞ-də bu qalmaqal fonunda texnologiya sahəsində digər milyarderlərin şəxsi həyatı da yenidən gündəmə gəlib.

Mövzu ilə müzakirələr fonunda digər milyarderlərin də ailə həyatlarında xanımlarına sadiq olmadıqları, zaman-zaman xəyanət qalmaqalları ilə gündəmə gəldikləri vurğulanıb. 

Bu şəxslər siyahısında isə 2019-cu ildə o dövrdəki məşuqəsi, hazırkı həyat yoldaşı Loren Sançezə ünvanladığı mesajları üzə çıxan “Amazon” şirkətinin təsisçisi Ceff Bezos, 27 illik həyat yoldaşı və xeyriyyəçilik sahəsində tərəfdaşı Melinda Frenç Qeytslə evli olarkən ona bir neçə dəfə xəyanət edən və Ceffri Epşteynlə dostluq edən Bill Qeyts, şirkətin əməkdaşı ilə münasibət qurduqdan sonra ilk həyat yoldaşı, Enn Vociski ilə boşanan “Google”un həmtəsisçisi Sergey Brin kimi iş adamları var. 
 

Texnologiya sahəsində açıqlamaları ilə tez-tez gündəmə gələn amerikalı milyarder İlon Mask da bu müzakirələrdən kənarda qalmayıb və onun bir neçə dəfə ailə həyatı qurması və çox sayda övladının olması onu da “sadiq olmayan milyarderlər” siyahısına daxil edib. 


Lakin Censen Huanqla bağlı qalmaqal fonunda adı müsbət cəhətdən çəkilən yeganə milyarder “Meta” şirkətinin baş direktoru Mark Zükerberqdir. Onun adı hazırda həyat yoldaşına xəyanət etməyən yeganə milyarder kimi hallanmağa başlayıb. 42 yaşlı iş adamı həyat yoldaşı Prissila Çana olan sevgisini bir neçə dəfə ictimai olaraq etiraf edib. Hətta həyat yoldaşının təxminən 2,1 metr hündürlüyündə heykəlini ucaldan Mark başqalarını da bu təşəbbüsə qoşulmağa çağırıb.

Çan isə öz növbəsində bu illər ərzində Konqresdəki dinləmələr, məhkəmə çəkişmələri, eləcə də müxtəlif tədbirlərdə həyat yoldaşına dəstəyi ilə medianın diqqətində olub. 

İki övladı olan cütlük 2012-ci ildə ailə həyatı qurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO