Ronaldo yeni serialını çəkməyə başladı

Ronaldo yeni serialını çəkməyə başladı

Hazırda oxunan: Ronaldo yeni serialını çəkməyə başladı
647518
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo Britaniya futbolundan bəhs edən “Day 1s” serialının istehsalına start verildiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, 41 yaşlı hücumçu bu barədə instaqram hesabında paylaşım edib.

O, çəkiliş meydançasından görüntüləri və layihənin prodüseri Metyu Vonla birgə fotosunu yayımlayıb.

Serial uydurma futbol agenti Stenli Daltonun həyatından bəhs edəcək. Baş qəhrəmanı “Homeland” və “Billions” seriallarından tanınan aktyor Dəmyen Lyuis canlandıracaq. Layihədə Fransanın sabiq hücumçusu Tyerri Anri və britaniyalı reper Dave də iştirak edəcək.
 

Ronaldo Metyu Vonla birlikdə rəhbərlik etdiyi UR•Marv Studios vasitəsilə layihənin icraçı prodüseri kimi çıxış edir. Portuqaliyalı futbolçunun özü də serialda rol alacaq.


Qeyd edək ki, serialın yayım tarixi və hansı platformada nümayiş olunacağı hələ açıqlanmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO