
- A-
- A
- A+
Azərbaycanlı Rusiyada keçmiş sevgilisini qətlə yetirdi – Foto/Video
Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlı kişi keçmiş sevgilisinin boğazını kəsərək öldürüb.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin şəhər Baş İdarəsi məlumat yayıb.
Məlumata görə, hadisə qadınlara yardım mərkəzinin yaxınlığında baş verib.
Bildirilib ki, 27 yaşlı zərərçəkmiş qadın təcili yardım briqadası tərəfindən xəstəxanaya aparılıb, lakin xəstəxanaya aparılarkən aldığı xəsarətlərdən yolda ölüb.
Hadisəni törədən Yaqub S. qaçıb, lakin tezliklə polisə zəng edərək cinayəti etiraf edib. Qadın hücum barədə dəfələrlə polisə məlumat verib və sentyabr ayında qaçaraq sosial mərkəzə sığınıb, lakin kişi onu tapıb. Bildirilib ki, Rusiya vətəndaşlığı olan həmin şəxs Dağıstanda da yaşayıb və üç uşaq atasıdır.
Faktla bağlı cinayət işi açılıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































