Dünyanın ən yaxşı ali məktəbləri bəlli oldu – Azərbaycan 9 universitetlə reytinqdədir!

Dünyanın ən yaxşı ali məktəbləri bəlli oldu – Azərbaycan 9 universitetlə reytinqdədir!

Hazırda oxunan: Dünyanın ən yaxşı ali məktəbləri bəlli oldu – Azərbaycan 9 universitetlə reytinqdədir!
647377
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dünyanın ən yaxşı universitetlərindən söhbət düşəndə, ilk olaraq ağıla ABŞ, Avropa gəlir. Bu, təsadüfi deyil, çünki dünyanın ən yüksək reytinqli universitetləri həqiqətən də bu iki qitədə yerləşir.

Dünyanın 90 ölkəsindən 1004 ali təhsil müəssisəsini əhatə edən "QS World University Rankings 2026" (Dünya Universitet Reytinqləri 2026) məlumatları akademik nüfuz, elmi nəşrlərə edilən istinadlar və müəllim-tələbə nisbəti kimi amillərə əsaslanır. Bundan əlavə, beynəlxalq müəllim heyətinin və xarici tələbələrin sayı da nəticələrə təsir göstərir.

Birləşmiş Ştatlar 135 universitetlə siyahıda açıq-aşkar liderlik edir; bura ümumi sıralamada birinci yeri tutan Massaçusets Texnologiya İnstitutu (MIT) də daxildir.

Böyük Britaniya 77 ali təhsil müəssisəsi ilə ikinci yerdədir; ölkənin ən yüksək mövqedə olan universiteti – London İmperial Kolleci (Imperial College London) isə dünya üzrə ikinci yeri tutub.

Çin 59 universitetlə üçüncü yerdə qərarlaşıb; onların arasında ən yüksək nəticəni – 14-cü yeri Pekin Universiteti əldə edib.

Almaniya və Hindistan da yüksək səviyyəli universitetlərin sayına görə ilk beşlikdə yer alırlar. Rusiya 22 ali təhsil müəssisəsi ilə 14-cü mövqedədir. Reytinqə daxil olan Rusiya universitetləri arasında Lomonosov adına Moskva Dövlət Universiteti, Bauman adına Moskva Dövlət Texniki Universiteti və Rusiya Xalqlar Dostluğu Universiteti var.

Azərbaycan 9 universitetlə təmsil olunub

Bu, ölkəmiz üçün mühüm irəliləyiş hesab olunur: 2025-ci illə müqayisədə siyahıya daxil olan universitetlərin sayı üç dəfə artıb.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin məlumatına əsasən, Azərbaycan 106 ölkə arasında reytinqə ilk dəfə daxil olan universitetlərin sayına görə 2-ci yeri tutub.

Reytinqdəki universitetlərimiz isə bunlardır:

1. Bakı Dövlət Universiteti

2. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)

3. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

4. Azərbaycan Texniki Universiteti

5. Bakı Mühəndislik Universiteti

6. Xəzər Universiteti

7. Azərbaycan Memarlıq və İnşaat Universiteti

8. Sumqayıt Dövlət Universiteti

9. ADA Universiteti

Dünyanın ən yaxşı ali məktəbləri bəlli oldu – Azərbaycan 9 universitetlə reytinqdədir! - foto 1

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO