Kim Çen İndən tarixi qərar – Şimali Koreyanın bayrağı dəyişdirildi – Foto

Kim Çen İndən tarixi qərar – Şimali Koreyanın bayrağı dəyişdirildi – Foto

Hazırda oxunan: Kim Çen İndən tarixi qərar – Şimali Koreyanın bayrağı dəyişdirildi – Foto
647538
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şimali Koreya ilk dəfə dövlət bayrağının ölçülərində dəyişiklik edib. 

Bizim.Media “Yonhap” agentliyinə istinadla xəbər verir ki, konstitusiya dəyişikliyi ilə ölkə bayrağının en-uzunluq nisbəti yenidən müəyyənləşdirilsə də, qırmızı ulduz və rənglərdən ibarət əsas dizayn qorunub saxlanılıb.

Belə ki, əvvəllər hündürlüyünün eninə nisbəti 1:2 olan bayraqda bu göstərici 1:1,65 olaraq dəyişdirilib.

Nəticədə, bayrağın hündürlüyü sabit qalmaqla eni əvvəlki dizaynla müqayisədə qısaldılıb. 

Yeni tənzimləmədə bayrağın əsas rəmzlərinə toxunulmayıb. Ortadakı enli qırmızı zolaq, yuxarı və aşağı hissələrdəki ağ və mavi zolaqlar, eləcə də ağ dairə içərisindəki qırmızı beşguşəli ulduz olduğu kimi saxlanılıb. 
 

Rəsmi izahata görə, bayraqdakı qırmızı rəng Yaponiya müstəmləkəçiliyinə qarşı mübarizə aparanların tökdüyü qanı, ağ rəng xalqın hakim Fəhlə Partiyasına sədaqətini, mavi zolaqlar isə müstəqillik, sülh və həmrəyliyi təmsil edir.


Mütəxəssislər bu addımı Şimali Koreya lideri Kim Çen İnin ölkədə öz idarəçilik baxışlarına uyğun yeni milli kimlik formalaşdırmaq cəhdləri ilə əlaqələndirirlər. 

Kim Çen İndən tarixi qərar – Şimali Koreyanın bayrağı dəyişdirildi – Foto - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO