Fərhad Bədəlbəyli: “Mədəniyyət deyəndə Maliyyə Nazirliyinin nümayəndələrinin ağlına toyda oxuyan müğənni gəlir”

Fərhad Bədəlbəyli: “Mədəniyyət deyəndə Maliyyə Nazirliyinin nümayəndələrinin ağlına toyda oxuyan müğənni gəlir”

Hazırda oxunan: Fərhad Bədəlbəyli: “Mədəniyyət deyəndə Maliyyə Nazirliyinin nümayəndələrinin ağlına toyda oxuyan müğənni gəlir”
647550
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Mədəniyyət Nazirliyi maliyyə problemi varsa, nə etməlidir?! Burada Maliyyə Nazirliyinin nümayəndələri olmalı idi. Onlar çox nadir hallarda teatr və konsertə gedirlər. Onlar “mədəniyyət” sözünü eşidəndə ağıllarına ancaq hansısa şou-biznes nümayəndəsi və ya toyda oxuyan müğənni gəlir”. 

Bizim.Media xəbər verir ki, bunu Xalq artisti Fərhad Bədəlbəyli Milli Məclisin Mədəniyyət komitəsinin “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda keçirdiyi ictimai müzakirə zamanı deyib.

O, balet aktyorlarına erkən təqaüd verilməməsi məsləsinə də toxunub:

"55 yaşında adam balet oynaya bilər?! Onlara daha tez pensiya verməlidirlər. Hansısa məsələ bir yerdə müzakirə edilməlidir. Mən istərdim ki, ziyalılar bundan uzaq olmasınlar. Mədəniyyət adamlarından məsləhət alsınlar və ziyalıların sözünə diqqət etsinlər", - deyə o qeyd edib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO