Kriminal şəbəkənin rəhbəri Azərbaycanda tutuldu - Türkiyə mediası

Kriminal şəbəkənin rəhbəri Azərbaycanda tutuldu - Türkiyə mediası

Hazırda oxunan: Kriminal şəbəkənin rəhbəri Azərbaycanda tutuldu - Türkiyə mediası
647464
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kriminal aləmdə “Boyunlar” qrupu kimi tanınan cinayətkar qruplaşmanın rəhbərlərindən, barəsində 48 iş üzrə həbs qərarı olan Mehmet Recep Demir Azərbaycanda tutulub.

Bizim.Media “qafqazinfo.az”a xəbər verir ki, bu barədə Anadolu Agentliyi və Türkiyənin digər media qurumları rəsmi dövlət orqanlarına istinadən məlumat yayıb.

Bir neçə ay əvvəl Demirin Azərbaycana gizli keçdiyi barədə məlumatlar yayılmışdı.

Bir müddət sonra isə onun Azərbaycanda guya silahlı hücum nəticəsində həyatını itirdiyi barədə dərc edilmiş məlumatların yalan olduğu və təqiblərdən yayınmaq üçün qəsdən yayıldığı hazırda məlum olur.
 

Mehmet Recep Demirin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Azərbaycanda gizləndiyi müəyyən edilərək həbs edildiyi və məhkəmə qərarı ilə DTX təcridxanasında saxlanıldığı müəyyən edilib.


Türkiyə hüquq-mühafizə orqanları tərəfindən Avropa və Asiya məkanında şəbəkəyə çevrilmiş “Boyunlar” (və ondan ayrılmış “Daltonlar”) kriminal təşkilatı barədə istintaq aparılır.
“Türkiyə Baş Prokurorluğu Demirin barəsində ekstradisiya sorğusu hazırlayıb Azərbaycanın məhkəmə-hüquq orqanlarına göndərib.” - məlumatda bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO