Səs-küylü istefadan sonra Maskdan gözlənilməz jest

Səs-küylü istefadan sonra Maskdan gözlənilməz jest

Hazırda oxunan: Səs-küylü istefadan sonra Maskdan gözlənilməz jest
647469
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Nvidia” şirkətinin baş direktoru və həmtəsisçisi Jensen Huanqın vəzifəsindən istefa verməsindən dərhal sonra milyarder iş adamı İlon Maskdan diqqətçəkən reaksiya gəlib.

Bizim.Media xəbər verir ki, “Tesla” və “SpaceX”in sahibi İlon Mask ona məxsus “X” sosial media platformasında istifadəçilərdən birinin “İlon, xahiş edirəm Jenseni işə götür” çağırışına cavab verib.

Mask qısa şəkildə “Bu, mənim üçün şərəf olardı” yazıb.

Maskın bu açıqlaması texnologiya dünyasında Huanqın “Tesla”, “SpaceX” və ya “xAI” kimi layihələrdə yeni vəzifə tuta biləcəyi ilə bağlı fərziyyələrə yol açıb. Lakin milyarder konkret hansı şirkət və ya vəzifədən söhbət getdiyini dəqiqləşdirməyib və hələlik rəsmi iş təklifi irəli sürülməyib.
 

Qeyd edək ki, iki texnologiya nəhəngi arasında peşəkar əlaqələr uzun illərə dayanır. Maskın şirkətləri süni intellekt infrastrukturunda məhz “Nvidia” prosessorlarından geniş istifadə edir.


1993-cü ildən bəri “Nvidia”ya rəhbərlik edən Jensen Huanq şəxsi həyatı ilə bağlı qalmaqallar və İdarə Heyətinin başlatdığı daxili araşdırmalar fonunda istefa verib. Şirkətin maliyyə direktoru Kolett Kress müvəqqəti olaraq baş direktor səlahiyyətlərini icra etməyə başlayıb.

“Nvidia” rəhbərliyi istefaya baxmayaraq, şirkətin gündəlik əməliyyatlarının və məhsul istehsalı cədvəlinin fasiləsiz davam edəcəyini bəyan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO