
- A-
- A
- A+
SEPAH-dan xəbərdarlıq – “1500 kilometr məsafədə bütün hədəfləri vura bilərik”
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanının müavini Mustafa İzadi ölkəsinin döyüş başlığının çəkisi iki ton olan raketlərlə 1500 kilometr məsafədəki hədəflərə zərbələr endirmək qabiliyyətinə malik olduğunu bəyan edib.
Bizim.Media "Iran International"a istinadən xəbər verir ki, İzadinin sözlərinə görə, bu potensial çəkindirici amil rolunu oynayır və İranın rəqiblərinin planlarına qarşı durmağa imkan verir.
O, həmçinin ABŞ-ni "kağız pələng" adlandıraraq, Amerika hərbi bazalarının regionda təhlükəsizliyi təmin edə bilməsi ilə bağlı təsəvvürlərin artıq alt-üst olduğunu iddia edib.
General vurğulayıb ki, İranın raket qoşunları, hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları və hərbi dəniz qüvvələri tam döyüş hazırlığı vəziyyətindədir. Bundan əlavə, onun sözlərinə görə, "Bəsic" bölmələri bütün ölkə ərazisində yerləşdirilib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































