ABŞ Konqresi qarşısında ifadə verəcək

ABŞ Konqresi qarşısında ifadə verəcək

Hazırda oxunan: ABŞ Konqresi qarşısında ifadə verəcək
647475
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-nin çip istehsalçısı “Nvidia”nın keçmiş baş direktoru Jensen Huanq ABŞ milli təhlükəsizliyinə yönəlmiş təhdidlərin müzakirə olunacağı qapalı iclasda ifadə verməyə razılıq verib.

Bizim.Media xəbər verir ki, Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri, respublikaçı Brayan Mast ABŞ Kapitoli binasında jurnalistlərə açıqlamasında Huanqın ifadə verməyə razı olduğunu və iclasın vaxtı ilə bağlı müzakirələrin davam etdiyini bildirib.

Mastın sözlərinə görə, Huanqın bu ayın sonunda Şükranlıq bayramından əvvəl Konqres qarşısında and içərək ifadə verəcəyi gözlənilir.

Komitə sədri ifadənin videoya çəkiləcəyini və transkripsiya ediləcəyini də əlavə edib. İclasda Nümayəndələr Palatasının Xarici İşlər Komitəsi ilə yanaşı, Çin Xüsusi Komitəsinin və Kəşfiyyat Komitəsinin də iştirakı nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO