
- A-
- A
- A+
Ali məktəblərdə dövlət sifarişli yerlərin sayı açıqlandı
“Ali təhsil üzrə dövlət sifarişi insan kapitalına büdcə investisiyasının əsas alətlərindən biridir. 2026-2027-ci tədris illəri üçün bakalavriat, magistratura, tibbi təhsil və rezidentura üzrə ümumilikdə 38 mindən çox dövlət sifarişi yer müəyyən edilib”.
Bizim.Media xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, nazirlik aidiyyəti dövlət qurumlarının təkliflərini ümumiləşdirərək dövlət sifarişlərinə dair təklifləri hər il Nazirlər Kabinetinə təqdim edir:
"Son 5 ildə ümumi qəbul planına dövlət sifarişli yerlərin xüsusi çəkisi təxminən 50%-ə yaxınlaşıb ki, bu da ölkə vətəndaşlarının pulsuz təhsilə əlçatanlığının artırılmasına xidmət edir. Elmi nəticələrin iqtisadiyyatda tətbiqi üçün də stimullar genişləndirilir".
Günay Şahmar, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































