Rusiyanın Soçi şəhərində kişi həyat yoldaşının rahatlığını təmin etmək məqsədilə sirenləri montaj köpüyü ilə doldurduğu üçün 1 il 6 ay müddətinə şərti cəzaya məhkum edilib.
Bizim.Media xəbər verir ki, Soçi sakini bu üsula həyat yoldaşını siren səsinin tətiklədiyi panik ataklardan qorumaq üçün əl atıb.
İyun ayında o, montaj köpüyü balonu ilə şəhərin xəbərdarlıq sisteminin siqnal qurğularını doldurub. Köpük bərkiyərək səsucaldanları tutub və nəticədə raket təhlükəsi və fövqəladə hallar barədə xəbərdarlıq üçün istifadə olunan sirenlər susdurulub.
Həyat yoldaşının əsəblərini qorumaq cəhdi şəhər büdcəsinə təxminən 67 500 rubl ziyan vurulması və cinayət işinin açılması ilə nəticələnib.
Məhkəmədə həmin şəxs həyat yoldaşını panik ataklardan qorumaq istədiyini bildirib. O, həyat yoldaşını siren səslərindən qoruya bilsə də, özünü cinayət məsuliyyətindən xilas edə bilməyib. Məhkəmə onu bir il yarım müddətinə şərti həbs cəzasına məhkum edib.
Bizim.Media


























































































