Polis Oğuzda əməliyyat keçirdi - Bir ailənin üzvləri saxlanıldı – VİDEO

Polis Oğuzda əməliyyat keçirdi - Bir ailənin üzvləri saxlanıldı – VİDEO

Hazırda oxunan: Polis Oğuzda əməliyyat keçirdi - Bir ailənin üzvləri saxlanıldı – VİDEO
271715
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və kultivasiyası ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya bildirilib ki, tədbirlərlə bir ailənin 4 üzvü- əvvəllər də ağır cinayətə görə məhkum olunmuş 65 yaşlı Məmmədsaad Məmmədov, oğlu 34 yaşlı Orxan, arvadı 55 yaşlı Gülnaz və gəlini Dilbər Məmmədovalar saxlanılıb.
 

Onların Xaçmaz kəndində yaşadıqları ünvana baxış keçirilərkən 3 kiloqrama yaxın marixuana, 138 ədəd çətənə bitkisi və hissələri, eləcə də şüşə qablarda narkotik tərkibli bitkilərin toxumları aşkar olunub.


Saxlanılan şəxslər çətənə kollarını bir müddət əvvəl becərdiklərini və qulluq göstərdiklərini bildiriblər.

M. Məmmədov narkotik sifarişlərini qəbul etdikdən sonra arvadı, oğlu və gəlini vasitəsilə deyilən ünvanlara çatdırılmasını təmin edib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə üç nəfər barəsində həbs, D. Məmmədova barəsində isə digər növdən olan qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Polis Oğuzda əməliyyat keçirdi - Bir ailənin üzvləri saxlanıldı – VİDEO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO