Zeynəb Xanlarovanın yeni FOTOSU

Zeynəb Xanlarovanın yeni FOTOSU

Hazırda oxunan: Zeynəb Xanlarovanın yeni FOTOSU

640504

Tanınmış jurnalist Sevil Nuriyeva Türkiyədə bir müddət öncə əməliyyat olunması barədə xəbər yayılan Xalq artisti Zeynəb Xanlarova ilə görüşüb.

Bizim.Media xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında Zeynəb Xanlarova ilə fotosunu paylaşıb.

“Bu gün İstanbulda Türk dünyasının əfsanəvi sənətkarı, hörmətli Zeynəb Xanlarova ilə yenidən görüşməyin sevincini yaşadım.
 

Ona kiçik yaşlarımdan heyranlıq duyuram. İllər keçdi və aramızda ailəvi bir dostluq başladı. O, televiziya verilişlərimin qonağı olurdu, nə vaxt dəvət etsəm, həmişə müsbət cavab verirdi.


Tarixi hadisələrin şahidi olmuş, milli kimliyi və yaddaşı özündə təcəssüm etdirən, millət və vətən dəyərlərini uca tutan əfsanəvi bir şəxsiyyət... Uzun söhbətimizdən aldığım ilhamı sözlə ifadə edə bilmirəm. O mənə həmişə “Sevil can” deyə müraciət edir, eynilə uşaqlığımda nənəmin mənə səsləndiyi kimi. Bilmirəm niyə, amma yenə də çox kövrəldim. Əziz Zeynəb xanım, Allah sizi qorusun”, - S.Nuriyeva qeyd edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO