Oqtay Dilarə barədə: "Mən qocalıram, o cavanlaşır" - VİDEO

Hazırda oxunan: Oqtay Dilarə barədə: "Mən qocalıram, o cavanlaşır" - VİDEO

55337

"Xəyanət çox ağır kəlimədir. Sənə xəyanət edən insanı bağışlayırsan, amma qucaqlaya bilmirsən. Xəyanət sənin qollarını kəsir".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva "Günün sədası" proqramında deyib. 

Xəyanətdən danışan aktrisa bunla bağlı sualları cavablandırıb:

"Xəyanət edən bir də edəcək. Desəm ki, xəyanət edən olub, yanlış olar. Desəm ki, olmayıb, yenə yanlış olacaq. Beynimə bir proqram yerləşdirmişəm, onunla hərəkət edir və həyatımı yaşayıram. Mənə olunan hər hansı pis hərəkəti, davranışı illər boyu proqramlaşdırıram, unuduram. Onunla yaşamaq istəmirəm. Xəyanət edən və olunan beynimdən silinir. İndi desəniz nə formada xəyanət edilib, tapıb deyə bilməyəcəm".

D.Əliyeva həyat yoldaşı Oqtay Əliyevdən danışıb:

"Oqtay çox rahat, insanı anlayan biridir. Amma bir az emosionaldır. Onda qiymətləndirdiyim keyfiyyət kömək etmək istəyi, niyyətidir. Böyük arxa-dayaqdır. Bu qədər ailə həyatımızda bir-birimizə qısqanclıqla gəlməmişik. Evimizin müzakirə mövzusu deyil" deyə, D.Əliyeva bildirib.
Dilarənin həyat yoldaşı, "Soy" prodakşının rəhbəri Oqtay Əliyev isə aktrisa ilə bağlı bunları deyib: "Elə bir xasiyyəti yoxdur ki, dözəm. Yolagedən insandır. Niyə yaşlanmır? Mən get-gedə qocalıram, o cavanlaşır".
 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO