Qazaxıstanda yaşayan azərbaycanlı müğənninin dedikləri başına bəla oldu - VİDEO

Hazırda oxunan: Qazaxıstanda yaşayan azərbaycanlı müğənninin dedikləri başına bəla oldu - VİDEO

186209

Qazaxıstanda Azərbaycan əsilli məşhur repçi Jah Khalibin (Bəxtiyar Məmmədov) müğənnillik fəaliyyətini dayandırması tələb olunur. 

Bizim.Media xəbər verir ki, buna səbəb arvadını qətlə yetirməkdə təqsirləndirilən Qazaxıstan Respublikasının keçmiş milli iqtisadiyyat naziri Kuandıq Bişimbayevin məhkəməsi və ümumilikdə Qazaxıstanda qadınlara qarşı zorakılıq mövzusunun müzakirəsi fonunda sosial şəbəkə əhli avqustda sənətçinin səsləndirdiyi fikirlər olub.    

Belə ki, arvadının başı örtülü gəzməsindən rahat olduğunu söyləyən Jah Khalib bunları söyləyib:

“Qastrol səfərində olanda həyat yoldaşım şəhərin mərkəzində gəzəndə kimsə ona sataşsa, başıbağlı olduğunu görən müsəlman qardaşım mənim yerimə onu qoruyacaq. Rahat olacağam ki, həyat yoldaşıma küçədə pis gözlə baxmayacaqlar, o təhlükəsiz olacaq”. 
Qazaxıstanda Jah Khalib-in musiqi fəaliyyətinin dayandırılması ilə bağlı ifaçının “Instagram” sosial şəbəkədəki səhifəsinə yüzlərlə bu tip şərhlər yazılıb. Musiqiçiyə sosial problemlərdən (qadınların geyimi ilə bağlı fikirlərini nəzərdə tuturlar – red.) danışmaqdansa, mahnı yazmağı məsləhət görüblər. Jah Xalib isə ətrafında baş verən qalmaqallara heç bir reaksiya verməyib. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO