Əməliyyat olunan Elza: “Anam elə bilib ki, qəzaya düşmüşəm” – VİDEO 

Əməliyyat olunan Elza: “Anam elə bilib ki, qəzaya düşmüşəm” – VİDEO 

Hazırda oxunan: Əməliyyat olunan Elza: “Anam elə bilib ki, qəzaya düşmüşəm” – VİDEO 
140727
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Mədəkiçiltmə əməliyyatı etdirdim. Pəhrizlərin nazı ilə oynamaqdan bezdim. Qoy, indi pəhriz mənim nazımla oynasın (gülür). Sağlam həyat tərzinə keçdim”. 

Bizim.Media xəbər verir ki, bu sözləri ötən həftələrdə mədəkiçiltmə əməliyyatı keçirən Əməkdar artist Elza Seyidcahan qonaq olduğu “Zaurla Günaydın” səhər şousunda deyib.

Əməliyyata getdiyini ailəsindən gizlədən sənətçi bildirib ki, anası onun avtomobil qəzası keçirdiyini zənn edib:

“Əməliyyata getdiyimi nə anam, nə övladlarım, heç kim bilmirdi. Hətta iki gün telefonlarıma cavab vermədim. Həmin ərəfədə hamı məni axtarırdı. Telefonlarım zənglərdən “partlayırdı”. Əməliyyat olunan günü saat 4-ə kimi anam mənə zəng vurub, sonra ona deyiblər ki, qızınız əməliyyat olunub. O da elə bilib ki, mən avtomobil qəzası keçirmişəm. Anam pis olub, ağlayıb. Amma deyəndə ki, mədəkiçiltmə əməliyyatı keçirib, anam pis olub. İndi görür ki, necə rahat və sağlamam deyir ki, nə yaxşı əməliyyata getdin”. 

E.Seyidcahan, həmçinin əlavə edib ki, məqsədi 55 kiloqram çəkiyə qədər arıqlamaqdır:

“Sonuncu konsertimdə modelyer Leyla Əhmədova geyimləri üzərimə geyindirəndə əsəb keçirirdi. Deyirdi ki, xahiş edirəm, mənə görə yox, özünə görə arıqla. İstəyirəm ki, çəkim 55 kiloqrama qədər düşsün. Səhnədə göstərəcəm, rəqslərim var. Hazırda 75 kiloqram çəkidəyəm”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO