Bu da Sevdanın 200 min dollarlıq LÜKS AVTOMOBİLİ - VİDEO 

Bu da Sevdanın 200 min dollarlıq LÜKS AVTOMOBİLİ - VİDEO 

Hazırda oxunan: Bu da Sevdanın 200 min dollarlıq LÜKS AVTOMOBİLİ - VİDEO 

128755

"Artıq 15 ildir ki, avtomobil idarə etmirəm. Sürücüm var. Əvvələr çox qısa zaman axarında avtomobilimi özüm idarə etmişəm. Arda-arda qəzalar oldu. Ondan sonra özümə söz verdim ki, maşın sürmək mənlik deyil".  

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva qonaq olduğu "7 canlı" axşam şousunda deyib.  

Sənətçi bildirib ki, onun telefonuna cərimələrinin olması sms vasitəsi ilə gəlmədiyi üçün DYP tərəfindən avtomobili saxlanılıb:  

"Bizi yol polisi saxladı. Adətən sms vasitəsi ilə cərimə gəlir. Amma sms gəlmədi. Biz də bilmədik ki, cəriməmiz var. Sürücüm yerində həmin cəriməni ödədi".  

Verilişin aparıcısı Vüsalə Əlizadənin "Bəs sürücünüz nə qədər cərimə ödədi?" sualına Sevda "Rəqəm açıqlamaq istəmirəm. Onu deməyin" cavabını verib.  

Proqramın gedişatında Yahyayevanın canlı efirə oturacaqları və salonu qırmızı rəngli dəri işləməli qara "Mercedes Benz Viano Long" markalı avtomobili nümayiş olunub.  

Qeyd edək ki, Sevda Yahyayeva illər əvvəl müsahibələrinin birində sözügedən nəqliyyat vasitəsinin xüsusi olaraq onun üçün düzəldiyinə görə, 200 min dollara başa gəldiyi açıqlamışdı.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO