Ani Lorakın müharibədən sonra ilk açıqlaması başına bəla oldu

Ani Lorakın müharibədən sonra ilk açıqlaması başına bəla oldu

Hazırda oxunan: Ani Lorakın müharibədən sonra ilk açıqlaması başına bəla oldu

127481

Ukraynanın Xalq artisti Ani Lorakın müharibədən sonra verdiyi “Bu ultimatum məni Rusiyaya köçməyə sövq etdi” açıqlaması başına bəla olub.  

Bizim.Media rus mətbuatına istinadən xəbər verir ki, sənətçinin aprelin 27-də Krasnodarda keçirilməsi planlaşdırılan konserti ləvğ edilib. 

Bununla bağlı sözügedən şəhərin administrasiyasının mətbuat xidməti sosial şəbəkə hesabında məlumat paylaşılıb. 

“Ani Lorakın Krasnodardakı konserti ləğv edilib. Müğənni aprelin 27-də “Olimp” İdman Sarayında çıxış etməli idi. Lakin müğənninin açıqlamalarına görə sakinlər buna qarşı çıxıblar. Şəhər rəhbəri sosial şəbəkələrdə öz prinsipial mövqeyini ifadə edərək şəhər sakinlərini dəstəkləyib”, - deyə Krasnodar hakimiyyətinin rəsmi bəyanatında vurğulanıb.  
Qeyd edək ki, Ani Lorak bir neçə saat əvvəl sosial şəbəkə hesabında bildirib ki, media onun Ukrayna hərbi birləşmələrinə sponsorluq etməsi ilə bağlı saxta məlumatlar yayıb.

Estrada ulduzu humanitar yardımlar çərçivəsində milliyyətindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hər zaman yalnız ehtiyacı olanlara dəstək olduğunu bildirib.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO