Hövsanda torpaq alanlar 5 ilə varlanacaq - Böyük proqnoz

Hövsanda torpaq alanlar 5 ilə varlanacaq - Böyük proqnoz

Hazırda oxunan: Hövsanda torpaq alanlar 5 ilə varlanacaq - Böyük proqnoz
650031
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Hövsan yaxın illərdə paytaxtın ən perspektivli investisiya istiqamətlərindən birinə çevrilə bilər. Ərazidə həyata keçirilən infrastruktur layihələri, limanın inkişafı, yeni dəmir yolu xətlərinin çəkilməsi və əhalinin sayının artması daşınmaz əmlak bazarına da təsirsiz ötüşməyəcək.

Bizim.Media “bakupost.az”a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib.

Ekspertin sözlərinə görə, Hövsanda artıq beş MİDA yaşayış kompleksi inşa edilib və gələcəkdə bu istiqamətdə yeni layihələrin həyata keçirilməsi gözlənilir. Onun fikrincə, yaxın dövrdə qəsəbənin əhalisinin sayının ən azı iki dəfə artacağı, hətta Hövsana şəhər statusunun verilməsi ehtimalı da var.

Vüqar Oruc ərazinin iqtisadi potensialından danışarkən bildirib ki, Beynəlxalq Ticarət Dəniz Limanının Hövsanda yerləşməsi xüsusi əhəmiyyət daşıyır:

"Üç yeni dəmir yolu xəttinin inşası tamamlanıb və əsas dəmir yolu xətti ilə birləşdirilməsi istiqamətində işlər aparılır. 3 880 kvadratmetr sahəsi olan müasir qapalı anbar istifadəyə verilib. Ayda 5 min konteyner saxlamaq imkanı olan yeni konteyner terminalının tikintisi bu istiqamətdə nəzərdə tutulub. Ro-Ro tipli gəmilərin qəbulu üçün körpü infrastrukturu üzrə işlər aparılır. Bu tədbirlər Hövsanın Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərində iştirak imkanlarını genişləndirir. Yəni bir müddət sonra Hövsan iqtisadi və ticari münasibətlərin ölkəmizdəki mərkəzlərindən biri kimi formalaşacaq. 2026-cı ilin oktyabrında yeni Suraxanı-Hövsan dəmir yolu xəttinin bərpasına başlanması barədə məlumat var və bu layihə liman ərazisinə qədər çatacaq".

Ekspertin sözlərinə görə, Hövsanın mənzil və torpaq bazarında investisiya cəlbediciliyini artıran bir neçə əsas amil mövcuddur:

"Birincisi, logistika və nəqliyyat amilidir. Qeyd etdiyim kimi, limanın inkişafı, yükdaşımalar, anbar təsərrüfatı, logistika şirkətlərinin fəaliyyətinin genişlənməsi bu istiqamətdə diqqətin artmasına və investisiyaların axınına səbəb ola bilər. Bu da Hövsanın iqtisadi cəhətdən inkişafı deməkdir.

İkincisi, əhalinin sayı artdıqca, eyni zamanda ticari münasibətlər formalaşdıqca yeni MİDA binaları inşa ediləcək, əmlaka tələbat daha da artacaq. Əhalinin sayının artması, qəsəbənin şəhərə çevrilməsi kommersiya sahəsinə böyük tələbat yaradacaq. Eyni zamanda həm satış, həm də kirayə bazarında bu özünü müsbət mənada göstərəcək".

Vüqar Oruc deyir ki, son on ildə Hövsanda torpaq sahələrinin qiyməti 4-5 dəfə artıb:

"Torpaq sahələrinin qiyməti əvvəllər 2-3 min olduğu halda, hazırda 10 minə çatıb. Bu, şəhərə yaxınlıq, infrastrukturun inkişafı və gələcək perspektivlər baxımından əhalinin Hövsana marağının artdığını göstərir.

Bundan başqa, "Hövsan Residence" layihəsinin inşası da planlaşdırılır. Bu layihə kommersiya baxımından böyük əhəmiyyət daşıyır və Hövsanın gələcək inkişaf perspektivlərini daha da artırır.Hesab edirəm ki, beş ildən sonra Hövsanda torpağın qiyməti indiki səviyyə ilə müqayisədə təxminən 2-3 dəfə arta bilər. Bu da ərazinin gələcək investisiya potensialının yüksək olduğunu göstərir", - deyə ekspert vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO