Futbolçu matçdan sonra güllələnərək öldürüldü

Futbolçu matçdan sonra güllələnərək öldürüldü

Hazırda oxunan: Futbolçu matçdan sonra güllələnərək öldürüldü
649936
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Meksikada 26 yaşlı futbolçu Luis Alberto Rios Çaves silahlı hücum nəticəsində həyatını itirib.

Bizim.Media xəbər verir ki, hadisə noyabrın 22-də ölkənin Quanaxuato ştatının İrapuato şəhərindəki “La Estrella” futbol meydançasında baş verib.

Həvəskarlar arasında keçirilən matç başa çatdıqdan sonra Luis Alberto Rios Çaves meydançanın yaxınlığında təxminən 10 dostu ilə söhbət edirmiş. Bu zaman motosikletlə əraziyə gələn naməlum şəxslər ona atəş açıblar.
 

Bir neçə güllə yarası alan Rios Çaves hadisə yerində dünyasını dəyişib. Onun dostlarından biri də yaralanaraq xəstəxanaya çatdırılıb. Polis hadisə ilə bağlı araşdırma aparır, lakin hələlik heç kim saxlanılmayıb.


Qeyd edək ki, “El More” ləqəbi ilə tanınan futbolçu karyerası ərzində Meksikanın üçüncü divizionunda “Los Brujos del Atletiko San-Fransisko-del-Rinkon” klubunun formasını geyinib. O, 2019-cu ildə komanda ilə birlikdə divizionun çempionu olub və həmin vaxt kollektivin kapitanı olub.

Rios Çaves o dövrdə sonradan Meksika millisində və “Amerika” klubunda çıxış edən Erik Sançeslə də eyni meydanı bölüşüb. Son dövrlərdə həvəskar səviyyədə “Arandas” klubunda çıxış edən futbolçu, eyni zamanda “Loroz” futbol akademiyasında məşqçi kimi çalışaraq gənc oyunçulara təcrübəsini ötürürdü.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO