2 trilyonluq müzakirələr dalana dirəndi - Razılaşmadan dağılışdılar

2 trilyonluq müzakirələr dalana dirəndi - Razılaşmadan dağılışdılar

Hazırda oxunan: 2 trilyonluq müzakirələr dalana dirəndi - Razılaşmadan dağılışdılar
650009
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avropa İttifaqının (Aİ) 27 üzv dövlətinin liderləri İttifaqın 2028-2034-cü illər üçün uzunmüddətli büdcəsinin həcmi ilə bağlı razılığa gələ bilməyiblər.

Bizim.Media xəbər verir ki, Aİ Şurasının sədri Antonio Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen mətbuat konfransında danışıqların nəticəsiz qaldığını açıqlayıblar.

Mübahisəyə səbəb Avropa Komissiyasının təklif etdiyi təxminən 2 trilyon avroluq büdcə layihəsi olub.

Konsensus üçün Antonio Koşta məbləği 204 milyard avro azaltmağı təklif etsə də, daha qənaətcil büdcə istəyən 7 ölkə - Almaniya, Avstriya, Belçika, Danimarka, Finlandiya, Niderland və İsveç bu ixtisarı yetərsiz sayaraq axşam keçirilən kiçik qrup görüşlərinə qatılmaqdan imtina ediblər.
 

Digər üzv ölkələr kənd təsərrüfatı və birlik siyasətinə ayrılan vəsaitlərin azaldılmasına, Baltikyanı dövlətlər isə müdafiə xərclərinin 39 milyard avro kəsilməsinə qarşı çıxıblar.


Bununla yanaşı, sammitdə 2027-ci ildə Ukraynaya əlavə 45 milyard avro kredit ayrılması təklifi 24 ölkə tərəfindən dəstəklənib, həmçinin Avropa Mərkəzi Bankının (AMB) prezidenti vəzifəsinə Pablo Ernandes de Kosun namizədliyi razılaşdırılıb.

İki gün davam etməsi planlaşdırılan sammit razılıq əldə olunmadığı üçün noyabrın 27-də erkən saatlarda başa çatıb.

Müzakirələr dekabrın 17-də keçiriləcək növbəti zirvəyə qədər təxirə salınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO