Nərimanovda 18 ayadək faizsiz kredit və 20 ilədək ipoteka ilə mənzillər

Nərimanovda 18 ayadək faizsiz kredit və 20 ilədək ipoteka ilə mənzillər

Hazırda oxunan: Nərimanovda 18 ayadək faizsiz kredit və 20 ilədək ipoteka ilə mənzillər
650015
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Nərimanovda 18 ayadək faizsiz kredit və 20 ilədək ipoteka ilə mənzillər - foto 1

Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur?

Bakının Nərimanov rayonunda mənzil almağı planlaşdıranlar üçün Kristalın City Garden Narimanov yaşayış kompleksində bir neçə satış modeli təqdim olunur. Alıcılar mənzilin tikinti mərhələsinə, sahəsinə və öz maliyyə imkanlarına uyğun olaraq faizsiz daxili kredit, ipoteka və güzəştli kredit şərtlərindən yararlana bilərlər.

Nərimanovda 18 ayadək faizsiz kredit və 20 ilədək ipoteka ilə mənzillər - foto 2

Hazırda kompleksdə 49,39 kv.m sahəli 2 otaqlı studiyalardan 169,74 kv.m sahəli 4 otaqlı mənzillərə qədər seçimlər satışdadır.

Tikintinin ilkin mərhələsində mənzil almaq istəyənlər üçün 49,39–85,08 kv.m sahəli mənzillər təklif olunur. Bu mənzilləri 30% ilkin ödənişlə əldə etmək, qalan məbləği isə 18 ayadək faizsiz daxili kreditlə ödəmək mümkündür.

Yeni evinə köçmək üçün uzun müddət gözləmək istəməyənlər isə hazır və tikintinin irəliləmiş mərhələsində olan 58,84–169,74 kv.m sahəli mənzillər arasından seçim edə bilərlər. Bu mənzillər üçün 20%-dən başlayan ilkin ödənişlə 20 ilədək ipoteka, tikintisi davam edən binalar üzrə isə illik 8%-dən başlayan faiz dərəcəsi ilə güzəştli kredit imkanı mövcuddur.

Nərimanovda 18 ayadək faizsiz kredit və 20 ilədək ipoteka ilə mənzillər - foto 3

City Garden Narimanov-da mənzil seçərkən diqqət çəkən məqamlardan biri də yaşayış binaları ilə yaşıllıq sahələrinin nisbətidir. Belə ki, 21 hektarlıq kompleksin 17,3 hektarı, yəni təxminən 82%-i yaşıllıq üçün ayrılıb. Ərazidə 3 kilometrlik gəzinti yolu, 1,5 kilometrlik velosiped zolağı, müxtəlif idman meydançaları, müasir uşaq oyun zonaları və ailəvi istirahət məkanları nəzərdə tutulub.

Kompleksin “Nəriman Nərimanov” metro stansiyasından təxminən 720 metr məsafədə, Heydər Əliyev prospektinin yaxınlığında yerləşməsi şəhərin müxtəlif istiqamətlərinə rahat gediş-gəliş imkanı yaradır. Ticarət və iaşə obyektləri, avtomobil dayanacaqları və 24/7 mühafizə sistemi də layihənin infrastrukturuna daxildir.

Nərimanovda 18 ayadək faizsiz kredit və 20 ilədək ipoteka ilə mənzillər - foto 4

Mənzil alarkən nəzərə alınan digər mühüm məsələ isə təmir xərcləridir. City Garden Narimanov-da bütün mənzillər premium təmirli təhvil verilir. Təmir zamanı HARO, GROHE, GEWISS, Prysmian, Zambaiti Parati və Infinity kimi beynəlxalq brendlərin məhsullarından istifadə olunur. Beləliklə, alıcılar mənzil aldıqdan sonra əlavə təmir işləri ilə məşğul olmadan yeni evlərinə köçə bilirlər.

City Garden Narimanov-da satışda olan mənzillərin planları, qiymətləri və ödəniş şərtləri ilə tanış olmaq üçün Kristalın satış ofisinə müraciət etmək və ya *1544 qısa nömrəsinə zəng etmək mümkündür.

Ətraflı: *1544

Ünvan: Nərimanov rayonu, Xəzri küçəsi

www.kristal.az

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO