10 dollarlıq biletlə 1 milyon qazandı - 6 gün sonra həbs edildi

10 dollarlıq biletlə 1 milyon qazandı - 6 gün sonra həbs edildi

Hazırda oxunan: 10 dollarlıq biletlə 1 milyon qazandı - 6 gün sonra həbs edildi
649942
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-nin Massaçusets ştatında lotereyada 1 milyon dollar qazanan Salvadordan olan miqrant Ariel Antonio Velaskes-Morales uduşunu aldıqdan bir həftə sonra ABŞ İmmiqrasiya və Gömrük Polisi (ICE) əməkdaşları tərəfindən saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə qurumun "X" sosial şəbəkəsindəki rəsmi hesabında məlumat yayılıb.

Bildirilib ki, ICE-nin Bostondakı əməkdaşları Velaskes-Moralesi noyabrın 24-də miqrasiya qanunvericiliyinə əməl olunmasının yoxlanılması üzrə keçirilən əməliyyat zamanı ələ keçiriblər.

Məlumata görə, Velaskes-Morales 2013-cü il mayın 15-də ABŞ ərazisinə qanunsuz daxil olub. 2014-cü il aprelin 24-də isə immiqrasiya hakimi onun ölkədən deportasiya edilməsi barədə qərar çıxarıb.

Qurumun paylaşımına Velaskes-Moralesin Massaçusets Ştat Lotereyasının mərkəzi qərargahında uduş çekini təhvil alarkən çəkilmiş fotosu da əlavə edilib.

"Amerika vətəndaşları üçün nəzərdə tutulan hüquq və imtiyazlar qeyri-qanuni mühacirlərə deyil, Amerika vətəndaşlarına məxsusdur", – deyə ICE-nin bəyanatında vurğulanıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO