
- A-
- A
- A+
"Olimpiya dünyası" - 25
“Olimpiya hərəkatı sülhə, dostluğa, həmrəyliyə, ədalətli rəqabətə və xalqlar arasında qarşılıqlı anlaşmaya söykənir”.
Bizim.Media xəbər verir ki, bu barədə Mətbuat Şurasının bəyanatınd qeyd olunub.
Bildirilib ki, fəaliyyətinin 25 ilini qeyd edən “Olimpiya dünyası” qəzeti bu dəyərlərin ölkəmizdə peşəkar təbliğini prioritet seçməklə, idmanın cəmiyyət həyatındakı əhəmiyyətini geniş ictimaiyyətə çatdırmağa müvəffəq olub, milli idman salnaməmizin formalaşmasına layiqli töhfələr verib:
“İdmanın Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsi, müasir idman infrastrukturunun yaradılması, regionlarda çoxsaylı idman komplekslərinin istifadəyə verilməsi, uşaq və yeniyetmələrin idmana cəlb olunması Azərbaycan idmanının yeni inkişaf mərhələsini formalaşdırıb. “Olimpiya dünyası” bu proseslərin informasiya təminatı baxımından cəmiyyətin qəbul etdiyi müstəsna tribunadır.
Müasir dövrdə informasiya məkanında baş verən sürətli dəyişikliklər, rəqəmsal medianın genişlənməsi və oxucu auditoriyasının yeni tələbləri idman mətbuatı qarşısında da yeni vəzifələr müəyyənləşdirir.
“Olimpiya dünyası” hazırkı mühitin imkanlarından səmərəli istifadə edir və bu cəhət nəşrin gələcəyi üçün dərin inam hissi aşılayır.
Azərbaycan Mətbuat Şurası olaraq “Olimpiya dünyası” qəzetinin kollektivini nəşrin 25 illik yubileyi münasibətilə təbrik edir, nəşrin rəhbərliyinə və hər bir əməkdaşına möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları, tükənməz enerji və daim oxucuların etimadını doğrultmaq əzmi arzulayırıq”.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































