
- A-
- A
- A+
“Ölümsüzlük suyu” tapıldı – Eşidənlər bu bölgəyə axın edir - Foto
Türkiyənin Hatay vilayətinin Samandağ rayonunda yerləşən və Həzrəti Musanın torpağa sancdığı əsasının "ölməzlik suyu" sayəsində cücərməsi ilə böyüdüyünə inanılan 3 min 600 illik "Musa Ağacı" nəhəng ölçüləri ilə görənləri heyrətləndirir.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin "Sözcü" nəşri məlumat yayıb.
Məlumata görə, gövdəsinin diametri 7,5 metrə çatan, hündürlüyü 17 metr olan və budaqları ilə 1000 kvadratmetrlik ərazini əhatə edən bu əfsanəvi çinar ağacı ölkənin dörd bir yanından gələn yerli və xarici turistlərin maraq mərkəzinə çevrilib.
Samandağ rayonunun Hıdırbey məhəlləsində yerləşən və yaşının 3000-3600 il arasında olduğu təxmin edilən çinar həm mistik keçmişi, həm də möhtəşəm görünüşü ilə bölgənin ən mühüm mədəni və təbii irs nümunələrindən biri hesab olunur.
Rəsmi qaydada dövlət mühafizəsinə götürülən bu abidə-ağac Hataya səfər edən turistlərin ilk baş çəkdiyi ünvanlar sırasında yer alır.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































