Büdcəni razılaşdıra bilmirlər - Liderlər 2 düşərgəyə bölündü

Büdcəni razılaşdıra bilmirlər - Liderlər 2 düşərgəyə bölündü

Hazırda oxunan: Büdcəni razılaşdıra bilmirlər - Liderlər 2 düşərgəyə bölündü
650032
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri 2028-2034-cü illər üçün çoxillik ittifaq büdcəsini (Multiannual Financial Framework, MFF) razılaşdıra bilməyiblər.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumatı Almaniya Kansleri Fridrix Merts açıqlayıb.

O, Aİ-nin 17-18 dekabr tarixlərində keçiriləcək sammitində büdcənin yenidən müzakirə olunacağını bildirib.

Məlumata görə, hazırda Aİ ölkələri iki düşərgəyə bölünüblər: bəziləri büdcə xərclərinin ixtisarını müdafiə edir, digərləri isə bu cür qənaət tədbirlərini dəstəkləmirlər.
 

Qeyd edək ki, MFF haqqında saziş layihəsini noyabrın 21-də Avropa Şurasının sədri Antoniu Koşta təqdim edib. Büdcə layihəsini şərh edərkən Avropa Şurasının sədri sənəddə rəqabətqabiliyyətliliyin maliyyələşdirilməsinin 120%, müdafiə sahəsinin maliyyələşdirilməsinin isə 232% artırılmasının nəzərdə tutulduğunu bildirib.


Bundan başqa, sənəd miqrasiya proseslərinin idarə edilməsi və sərhədlərin nəzarəti üçün üzv dövlətlərə ayrılan vəsaitlərin həcminin ikiqat artırılmasını, Avropanın dünyada maraqlarının dəstəklənməsinə yönəlmiş fəaliyyətin maliyyələşdirilməsinin isə 23% artırılmasını nəzərdə tutur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO