Mirzoyanın müavini Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşdü - Foto

Mirzoyanın müavini Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşdü - Foto

Hazırda oxunan: Mirzoyanın müavini Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşdü - Foto
650014
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan “Sülh körpüsü” təşəbbüsü çərçivəsində keçirilən dəyirmi masa formatında müzakirələrin beşinci raundunda erməni və azərbaycanlı iştirakçılarla görüşüb.

Bizim.Media xəbər verir ki, görüş zamanı iştirakçılar Vaan Kostanyana onları maraqlandıran sualları ünvanlayıblar.

Tərəflər arasında fikir və mülahizələr mübadiləsi aparılıb.

Qeyd edək ki, Ermənistanda “Sülh körpüsü” təşəbbüsünün beşinci görüşü başlayıb. Görüşdə Ermənistan və Azərbaycandan ümumilikdə 60 vətəndaş cəmiyyəti nümayəndəsi iştirak edir.
 

“Sülh körpüsü” təşəbbüsü çərçivəsində bu il noyabrın 26–27-də Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə geniş tərkibli ikitərəfli dəyirmi masa müzakirəsi keçiriləcək.


Müzakirələr 2025-ci il avqustun 8-də Vaşinqton sammitində razılaşdırılmış sülh gündəliyini, Azərbaycan-Ermənistan sülh prosesinin möhkəmləndirilməsi və institusionallaşdırılmasına yönəlmiş təşəbbüsləri, iki cəmiyyət arasında qarşılıqlı etimadın yaradılması və inkişaf etdirilməsi tədbirlərini, Cənubi Qafqazda dayanıqlı iqtisadi əməkdaşlığın, ticarətin və bağlantı marşrutlarının yaradılması imkanlarını, humanitar məsələləri, gənclərlə işi və təhsil sahəsini, həmçinin iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivlərini əhatə edəcək.

Mirzoyanın müavini Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşdü - Foto - foto 1
Mirzoyanın müavini Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşdü - Foto - foto 2
Mirzoyanın müavini Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşdü - Foto - foto 3
Mirzoyanın müavini Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşdü - Foto - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO