
- A-
- A
- A+
Qubada gənclərin kibertəhlükəsizlik biliklərini artıracaq üçgünlük düşərgəyə start verildi - Video
Quba şəhərində, Quba İdman-İstirahət Təlim və Tədris Kompleksində “Kiber düşərgə: Gənclərin STF kuboku” adlı tədbirə start verilib.
Bizim.Media xəbər verir ki, üç gün davam edəcək düşərgənin əsas məqsədi gənclərin kibertəhlükəsizlik sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsidir.
İştirakçıların qeydiyyatı və yerləşdirilməsindən sonra tədbirin rəsmi açılış mərasimi keçirilib. KiberTəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) icraçı direktoru Rauf Cabbarov giriş sözü ilə çıxış edərək düşərgənin mahiyyəti və əhəmiyyəti barədə məlumat verib.
Gənclər və İdman Nazirliyinin İnnovativ İnkişaf Sektorunun müdiri Kənan Kərimov və AKTA-nın baş katibi Fidan Əhmədova da çıxış edərək iştirakçılara uğurlar arzulayıblar.
AKTA-nın icraçı direktoru Rauf Cabbarov Bizim.Media-ya müsahibəsində tədbirin məqsədi və əhəmiyyəti barədə danışıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































