Qəbir daşını kreditlə qoymaq günahdırmı?

Qəbir daşını kreditlə qoymaq günahdırmı?

Hazırda oxunan: Qəbir daşını kreditlə qoymaq günahdırmı?
649997
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Artıq şəxsiyyət vəsiqəsi ilə kreditlə qəbir daşı qoymaq mümkün olacaq.

Bəs bu dini baxımdan nə dərəcədə düzgündür? 

Bizim.Media “milli.az”a xəbər verir ki, bu barədə sosial şəbəkələrdə reklam xarakterli görüntülər paylaşılıb. 

Tək şəxsiyyət vəsiqəsi ilə 3 aydan 24 ata qədər istənilən formada qəbir daşını kreditlə əldə edə bilərsiniz. Tək şərt isə müştərinin adında aktiv gecikmənin olmamasıdır. Aktiv gecikmə varsa, başqa adamın adına kredit götürə bilərsiniz. 

Bəs İslam dinində bu cür davranışlar qəbulediləndirmi? 

Mövzu ilə bağlı Heydər məscidinin imamı Rüfət Qarayev bildirib ki, kredit yolu ilə qəbir daşı qoyulması yolverilməzdir. Vacib olan müsəlmanın şəriət qaydaları ilə dəfn edilməsidir:
 

"Xüsusi özəl daşlar, mərmər, türbələr, abidələr qoyulmağı tövsiyə edilmir. Buna görə kredit götürmək, borca pul götürmək yolverilməzdir".


Din xadimi həmçinin qeyd etdi ki, İslam dinində qəbir daşı qoyulması vacib sayılmır. Qəbir yerlərinin zamanla itməsi tövsiyə olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO