Məşhur aktyor gənc aktrisaya təcavüzdə ittiham edilir - Məhkəmə qarşısına çıxacaq

Məşhur aktyor gənc aktrisaya təcavüzdə ittiham edilir - Məhkəmə qarşısına çıxacaq

Hazırda oxunan: Məşhur aktyor gənc aktrisaya təcavüzdə ittiham edilir - Məhkəmə qarşısına çıxacaq
649951
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fransa kinosunun ulduzu Jerar Depardye 2018-ci ildə aktrisa Şarlotta Arnuya təcavüz etmək ittihamı ilə məhkəmə qarşısına çıxarılacaq.

Bizim.Media BBC-yə istinadən xəbər verir ki, Paris Apellyasiya Məhkəməsi cümə axşamı günü bununla bağlı müvafiq qərar qəbul edib.
 

Hadisə baş verən zaman 22 yaşı olan Arnu pyes məşqi etmək üçün Depardyenin Parisdəki evinə getdikdən bir neçə gün sonra təcavüzə məruz qaldığını bəyan edib. Aktrisa anonimlik hüququndan imtina edib. Onun vəkili Karin Dürye Diebol məhkəmə binası qarşısında jurnalistlərə açıqlamasında bu qərardan sonra müvəkkilinin böyük rahatlıq tapdığını və qarşıdakı prosesin tarixi hadisə olacağını bildirib.


77 yaşlı Depardye Arnu tərəfindən irəli sürülən iki zorlama epizodu üzrə ittihamların hər ikisini rədd edir. O, hələ 2023-cü ildə "Le Figaro" qəzetində dərc olunan açıq məktubunda Arnu ilə münasibətlərində heç bir məcburiyyət və ya zorakılıq olmadığını iddia edib.

Şarlotta Arnunun atası ilə dostluq münasibətləri olan Depardye 2018-ci il avqustun 7-də gənc aktrisanı Parisdəki evində qəbul edib. Həmin vaxt baş verənlərin bir çox hissəsi evdə quraşdırılmış müşahidə kameralarına düşüb. Əvvəlcə sübutların azlığı səbəbindən Arnunun iddiası rədd edilsə də, onun təkrar şikayətindən sonra 2020-ci ilin yayında rəsmi istintaqa başlanılıb.

Paris Apellyasiya Məhkəməsi iki ittiham üzrə fərqli qərarlar çıxarıb: avqustun 7-də evdə baş vermiş hadisə ilə bağlı Depardyenin mühakimə olunmasına qərar verilib, lakin altı gün sonra oteldə baş verdiyi iddia olunan digər zorlama epizodu üzrə məhkəmə prosesi aparılmayacaq.

Depardyenin vəkili David-Olivye Kaminski jurnalistlərə bildirib ki, məhkəmə qismən onların xeyrinə qərar çıxarıb. Bununla belə, müdafiə tərəfi qərardan yuxarı instansiya məhkəməsinə şikayət verilməsi imkanını nəzərdən keçirir.

Aktyorun adı digər qalmaqallarda da hallanır

Onilliklər boyu dünya kinosunun ulduzu olan və 30 il əvvəl "Fəxri Legion" ordeni ilə təltif edilən Depardye son illər  bir neçə qadın tərəfindən cinsi zorakılıqda ittiham olunub.
 

Ötən il o, 2021-ci ildə Parisdə "Les Volets Verts" filminin çəkiliş meydançasında iki qadına qarşı zorakılıq etdiyinə görə 1,5 il şərti həbs cəzasına məhkum edilib, cinayətkarlar reyestrinə salınıb və təzminat ödəməyə məcbur olunub. Ötən həftə aktyor bu hökmdən verdiyi apellyasiya şikayətini geri götürüb və zərərçəkənlərdən səmimi üzr istəyib.


Bundan başqa, ötən həftə Fransa hakimiyyət orqanları Depardye və məşhur yazıçı Mişel Uelbek barəsində "cinsi xarakterli ittihamlar" üzrə daha bir araşdırmanın aparıldığını təsdiqləyib. 2018-ci ildə onlarla birlikdə "Thalasso" filmində çəkilmiş bir aktrisa hər iki şəxsi "qrup halında zorlama"da ittiham edərək 2025-ci ilin mayında rəsmi şikayət ərizəsi verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO