Azərbaycan 10 ayda kartof ixracından 30 milyon dollara yaxın gəlir götürüb

Azərbaycan 10 ayda kartof ixracından 30 milyon dollara yaxın gəlir götürüb

Hazırda oxunan: Azərbaycan 10 ayda kartof ixracından 30 milyon dollara yaxın gəlir götürüb
650007
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 29,7 milyon ABŞ dolları dəyərində 77 min 483 ton kartof ixrac edib.

Bizim.Media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bunlar ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 1,5 milyon ABŞ dolları (5,3 %), həcm baxımından 6 min 522 ton (9,1 %) çoxdur.

Hesabat dövründə kartof ixracından əldə edilmiş gəlir Azərbaycanın ixrac gəlirlərində cüzi paya malik olub.
 

10 ayda Azərbaycan xarici ölkələrlə 43 milyard 189 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 5,7 % çoxdur.


Xarici ticarət dövriyyəsinin 27 milyard 921 milyon ABŞ dolları ixracın, 15 milyard 268 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 29,05 % artıb, idxal isə 20,6 % azalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO