
- A-
- A
- A+
Ən ucuz və ən baha Yeni il paketi təqdim edən hotellər – Araşdırma
Yeni ilə bir aydan az vaxt qaldı. Artıq bəzi insanlar Yeni ili yüksək əhval-ruhiyyədə qarşılamaq üçün öz seçimlərini edirlər.
Təbii ki, artan tələbat qarşılığında paytaxdakı və regionlardakı hotellər də öz imkanlarını təqdim edirlər.
Apardığımız araşdırmalar nəticəsində aydın olur ki, hotellər əsasən 3 gün 2 gecə üçün paketlər təqdim edir. Məşhur hotellərdə bayram paketlərinin qiymətləri 740 manatdan başlayır. Bu qiymət 2 nəfərlik otaqların başlanğıc qiymətidir. Ən yüksək paketsə 2800 manatdır.
Qiymətlər fərqli oduğu kimi, xidmət çeşidləri də müxtəlifdir. Bəzi hotellər bayram paketinə təntənəli bayram yeməyi ilə yanaşı gündə 3 dəfə qidalanma, müxtəlif əyləncə proqramları, uşaqlar üçün xüsusi oyunlar, əyləncələr, SPA xidmətləri və s. daxil ediblər.
Lakin bəzi hotellər bayram paketinə sadəcə təntənəli bayram şamı, səhər yeməyi və bəzi xidmətlər daxil ediblər.
Nəzərə alaq ki, hotellərin elan etdikləri qiymətlər bu günlər üçün keçərlidir. 15-20 gün sonra bu qiymətlər arta bilər.
Maraqlıdır ki, hotellərdəki qiymətlərə baxarkən bayramı bölgələrdə, yoxsa paytaxtda keçirməyin daha sərfəli olmasını müəyyən etmək çətindir.
Bizim.Media Yeni ili təntənəli şəkildə qeyd edə biləcəyiniz 5 ən bahalı və 5 ucuz hotellərin siyahısını təqdim edir:
Surxay Atakişiyev, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































