
- A-
- A
- A+
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşündən - Fotolar
"Sülh körpüsü" təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə Ermənistanda geniştərkibli ikitərəfli dəyirmi masa müzakirəsi davam edir.
Bizim.Media xəbər verir ki, növbəti mərhələdə Azərbaycanla Ermənistan arasında "Sülh körpüsü" təşəbbüsü çərçivəsində yaradılan komitələrdə müzakirələr keçirilib.
Qeyd edək ki, müzakirələr 2025-ci il avqustun 8-də Vaşinqton sammitində razılaşdırılmış sülh gündəliyini, Azərbaycan- Ermənistan sülh prosesinin möhkəmləndirilməsi və institusionallaşdırılmasına yönəlmiş təşəbbüsləri, iki cəmiyyət arasında qarşılıqlı etimadın yaradılması və inkişaf etdirilməsi tədbirlərini, Cənubi Qafqazda dayanıqlı iqtisadi əməkdaşlığın, ticarətin və bağlantı marşrutlarının yaradılması imkanlarını, humanitar məsələləri, gənclərlə işi və təhsil sahəsini əhatə edir.














Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































